Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 12:53

«Həbsxanalarda sıxlıqdır»


Azərbaycanda 35 cəzaçəkmə müəssisəsi var. Bu həbsxanalarda isə təxminən 17 min məhbus saxlanır
Azərbaycanda 35 cəzaçəkmə müəssisəsi var. Bu həbsxanalarda isə təxminən 17 min məhbus saxlanır
«Azərbaycan həbsxanalarında sıxlıqdır. Məhbusların saxlanma şəraiti də ürəkaçan deyil». Bu sözləri Avropa Şurasının eksperti Yorq Pom sentyabrın 3-də «Azərbaycanda həbsxana islahatına dəstək» layihəsinin ilk yığıncağında söyləyib. Onun sözlərinə görə, həbsxanalarda məhbusların sayının 25 faizə qədər azaltmaq vacibdir.
Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov isə hesab edir ki, həbsxanalarda deyilən qədər sıxlıq yoxdur. Amma onun fikrincə, regionlarda başlanan həbsxana tikintisi bu sıxlığı azaldacaq:

«Şəkidə, Lənkəranda yeni cəzaçəkmə müəssisələri tikilir. O cümlədən Naxçıvanda da artıq istifadəyə verilib. Demərəm ki, böyük sıxlıq var, amma bu kömək edəcək ki, məhkumlar arasında seyrəlmə yaransın».
Azərbaycanda 35 cəzaçəkmə müəssisəsi var. Onlardan 15-i məntəqə tipli cəzaçəkmə müəssisəsidir. Bu həbsxanalarda isə təxminən 17 min məhbus saxlanır.

Mehman Sadıqov deyir ki, Avropa Şurasının dəstəklədiyi və Norveç hökumətinin maliyyələşdirdiyi «Azərbaycanda həbsxana islahatına dəstək» layihəsi Pentitensiar Xidmətdə islahatların sürətlənməsinə böyük yardım göstərəcək. Onun sözlərinə görə, iki illik layihə imkan verəcək ki, məhbusların saxlanma şəraiti, tibbi yardım almaq imkanları daha da təkmilləşsin.
XS
SM
MD
LG