Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 16:03

«Bu, dəhşətli dərəcədə ədalətsizlik olar»


Rüstəm İbrahimbəyov
Rüstəm İbrahimbəyov
Milli elitanın, ümumiyyətlə cəmiyyətin inkişafı üçün, bu cür polemikalar vacibdir. İntellektlər hər zaman «doğrusu nədir» sualına cavab axtarmalıdır. Və bu halda sağlam polemika labüddür. Bu birgə mövqeni «Azadlıq» radiosunun «İşdən sonra» proqramında kinodramaturq Rüstəm İbrahimbəyov və milət vəkili Cəmil Həsənli söyləyiblər.

Ziyalılara rəhbərlik etmək ehtimalına Rüstəm İbrahimbəyov belə cavab verib:

«Mənim peşəm var. Mən yazıçıyam. Bu yaxınlarda 70 yaşım tamam olacaq. Məqsədlərim var. Bir-neçə il həyatım qalıb, onları realizə etməliyəm. Məndən başçı çıxmaz. Amma fəal iştirakçı kimi mən hazıram».

«İctimai polemika yazıçının fikirlərini dəyişdimi» sualına kinodramaturq belə cavab verib:

«Dəstəyi görəndə anladım ki, Azərbaycanda əsl ziyalılar var. Bunlar birləşsə, Azərbaycanda əsl və həqiqi ziyalılıq yaranar. Əsas problem mütaliənin olmamasındadır, çox aşağı səviyyəsindədir. «Kitab Passajı» Bakının simvolu idi. Onu cır-cındır mağazasına çevirmək olar? Axı paltarı hər yerdə satmaq olar, kitabı isə yox».

Cəmil Həsənli
Xarici radiostansiyaların Azərbaycanın milli tezliklərində yayımının dayandırılması ideyasına Rüstəm İbrahimbəyov mənfi münasibət bəslədiyini deyib:

«Bu, dəhşətli dərəcədə ədalətsizlik olar. Ağır vaxtlarımızda, qorxunc tarixi məqamları yaşadığımız anda «Azadlıq» radiosu, «Amerikanını Səsi» bizə çox kömək göstərirdilər. İndisə biz naşükürlüyümüzü biruzə veririk. Vəziyyət az-çox stabilləşib. Gəl, indi bu radioların səsini qapadaq. İkincisi isə, bu radiolar əhaliyə real həqiqətin çatdırılmasının nadir kanallarından biridir. Bağlanmaları dəhşətli qeyri-demokratiyanın nümayişi olacaq. Mən qəti bunun əleyhinəyəm».

Cəmil Həsənli isə deyir ki, əslində, bu problem Nuşirəvan Məhərrəmlik deyil, daha yuxarı instansiyalardan gəlir:

«Siz verilişlərinizdə həyat həqiqətlərini o qədər bacarıqla, məzmunlu formada və təsirli formada verirsiniz ki, ədalətsizlik hökm sürən bir cəmiyyətdə doğru deyilmiş söz bəzən dərman rolunu oynayır. Sözü gedən xarici radiostansiyalar ilk vaxtlarından efirə çıxandan hərənin bir kiçik radioqutusu olub və bəzən öz ailəsindən, uşaqlarından gizli olaraq çəkilib bir yerə özünün «Azadlıq qutusu»na qulağını dirəyib oradan gələn səsləri eşidiblər».

Buna da bax:

XS
SM
MD
LG