Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 17:36

Qarabağ probleminin həllində yeni təkliflər?!...


Ağdamın dağıntıları, 2001-ci ilin yayı
Ağdamın dağıntıları, 2001-ci ilin yayı
Azərbaycanda nə qədər qaçqın var? BMT-nin iki gün bundan qabaq yaydığı "Dünyada qaçqınların vəziyyəti" adlı hesabatına görə, Azərbaycanda qaçqın yoxdur. Ermənistanda isə 235 min qaçqın var. Onlar Ermənistana haradan gəliblər? Hesabata görə, Azərbaycandan.

Azərbaycan göz qabağında olan 200 min qaçqınını – danılmaz faktı belə sübut edə bilmirsə, Qarabağ kimi mübahisəli məsələdə öz haqqını necə sübut etsin?


Qarabağ probleminin həllində yeni təkliflər var, ya yox? Azərbaycanın xarici işlər naziri deyir, var, onun müavini deyir, yoxdur. Cavablar niyə ziddiyyətlidir? Bəlkə ziddiyyət yoxdur? Çünki Elmar Məmmədyarov "var" deyəndə, Amerikanın, Araz Əzimovsa "yox" deyəndə, Minsk Qrupunun təkliflərini nəzərdə tutur.

Ola bilərmi Amerikanın bir həll variantı var, Minsk Qrupunun başqa? Minsk Qrupunun öz içində fransalı həmsədri Fasye deyir ki, tərəfləri 80 faiz qane edən həll var. Rusiyalı həmsədr Merzlyakov isə deyir ki, tərəfləri 50 faiz qane edən həll olsa, o vasitəçi missiyasını yerinə yetirdiyini düşünərdi. Minsk Qrupu daxilində fikir ayrılığımı yaranıb? Azərbaycan tərəfi deyir, torpaq mənimdir. Erməni tərəfi deyir, mənim. Hər iki tərəfi 80 faiz qane edən həll onda nə ola bilər?


Və nəhayət, İranla bağlı regionda mühüm geosiyasi dəyişiklik olsa, Azərbaycan bundan istifadə edib Qarabağ məsələsini həll edə bilərmi?


Bütün bu suallara cavab tapmağa 3 qonağımız kömək edəcək:

- Amerikadan Corctaun Universitetinin məzunu, Avrasiya üzrə təhlilçi Taleh Ziyadov;

- Sülh və Demokratiya İnstitutunda Konfliktologiya Departamentinin rəhbəri Arif Yunus;


- Politoloq Rasim Musabəyov


DİNLƏYİN!


XS
SM
MD
LG