Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 05:53

Boykotçular seçicilərlə görüşüb


Referendumu boykot edən müxalifət partiyaları seçicilərlə görüşüb.
Referendumu boykot edən müxalifət partiyaları seçicilərlə görüşüb.

«Bizim deyəcəyimiz «yox»u da «hə» kimi qələmə verəcəklər. Ona görə də, nəticələri əvvəlcədən bəlli olan referendumda iştirak etməyək».

ADP sədri Sərdar Cəlaloğlu martın 15-də «Qarabağ və Respublika uğrunda» hərəkata daxil olan partiya liderlərinin seçicilərlə görüşündə belə deyib.

Sərdar Cəlaloğlunun sözlərinə görə hökumət konstitusiyaya dəyişiklik etməklə xalqı rəiyyət etmək istəyir və xalqın əleyhinə gedir.

AXCP sədri Əli Kərimli seçicilərlə görüşdə deyib ki, avtoritar rejimlər həmişə daha güclü göründükləri zaman süqut ediblər. Onun dediyinə görə diktatorlar xalqa zülm verməkdən ruhlanırlar və bu onları cuşa gətirir:

«Azərbaycan xalqı bu günləri elə vəziyyətə salınıb ki, cəm halında ola bilsin ki, baş verənlər adekvat reaksiya verə bilmir. Etiraf etmək lazımdır ki, adamların müəyyən hissəsində biganəlik, müəyyən hissəsində qorxu yarada biliblər. Buna görə də mən istəyirəm ki, aktiv insanlar proseslərə biganə qalmasınlar».

Əli Kərimli bildirib ki, fəal vətəndaş mövqeyi olan insanlar hər zaman meydandadırlar.

Müxalifət partiyaları referendum ərəfəsində seçicilərlə görüşür, Bakı 15 mart 2009

AXCP sədri deyib ki, Azərbaycan xalqı babalarının 90 il əvvəl qazandığı haqqı itirməməlidir, çünki bu haqq millətin ümididir.

Müsavat başqanı İsa Qəmbər seçiciləri referendumda iştirak etməməyə çağırıb. O, bildirib ki, referendum bütün demokratik prinsiplərə tamam ziddir.

«Qarabağ və Respublika uğrunda» hərəkata daxil olan partiya liderləri ilə görüşdə 400-ə yaxın vətəndaş iştirak edib.

AXCP sədri Əli Kərimli, Müsavat başqanı İsa Qəmbər, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu, Liberal partiyadan Əvəz Temirxan, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin qatıldığı görüş «Bakı» kinoteatrında keçirilib.

Görüş keçirilən zaman «Bakı» kinoteatrının ətrafı polislə əhatəyə alınmışdı.

Azərbaycanda Konstitusiya dəyişikliyi ilə bağlı referendum martın 18-də keçiriləcək.

Əsas Qanunun 29 maddəsinə 41 əlavə və düzəliş təklif edilib. Əsas müzakirə olunan dəyişiklik bir nəfərin iki dəfədən çox prezident seçilməsini qadağa edən maddənin ləğvidir. Referendum təşəbbüsünü hakim Yeni Azərbaycan Partiyası irəli sürüb. Müxalifət referendumu boykot edib.

Müxalifətin tədbirində polis də iştirak edir
Gözlə

No media source currently available

0:00 0:02:37 0:00

XS
SM
MD
LG