Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:52

Deputat AŞ-ni qeyri-obyektivlikdə ittiham edir


«Bu Azərbaycana qarşı çox qeyri-obyektivliyin bariz nümunəsidir»
Siyasi məhbuslarla bağlı məruzəçi təyin etməklə Avropa Şurası qeyri-obyektivliyə yol verib. Milli Məclisin İnsan Haqları Daimi Komissiyasının sədri Rəbiyyət Aslanova belə hesab edir.

Onun sözlərinə görə, Avropa Şurası yaxşı olardı ki, belə bir məruzəçini Ermənistana təyin edəydi. Və bununla da həmin ölkədəki hadisələrə obyektiv münasibət bəsləyəydi.

«Bu Azərbaycana qarşı çox qeyri-obyektivliyin bariz nümunəsidir».

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Hüquq Monitorinq Komitəsi Azərbaycanda siyasi məhbuslarla bağlı məruzəçi təyin edib. Bu haqda qərar Komitənin martın 24-də Berlində keçirilən iclasında qəbul olunub.

Məruzəçi Almaniyanı AŞ PA-da təmsil edən Kristofer Ştrasserdir.
XS
SM
MD
LG