Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 03:57

İpoteka kreditlərinin verilmə şərtləri ilin ikinci yarısında dəyişə bilər


İndiyədək 24 müştəri ipoteka krediti ala bilib
İndiyədək 24 müştəri ipoteka krediti ala bilib

«İpoteka kreditlərinin verilməsinin əsas şərtlərinə yenidən baxıla bilər». Bunu Milli Bankın sədri Elman Rüstəmov iyunun 13-də «Azadlıq» radiosuna deyib. Onun sözlərinə görə, hökumət birinci yarımilliyin nəticələrini təhlil edəndən sonra ipoteka kreditlərinin verilməsi şərtlərini bir də müzakirə edəcək.


İndi İpoteka Fondu əvvəlcə özü pulu müvəkkil banklara altı faizlə paylayır, banklar isə 6-12 faizlə müştərilərə verirlər. Bir müddət əvvəl Elman Rüstəmov demişdi ki, hökumət həmin 6 faizi aşağı salmaq istəyir ki, banklar da krediti daha az faizlə əhaliyə verə bilsinlər.


Milli Bankın sədri bildirir ki, ilin ikinci yarısında ipotekanın güzəştli şərtlərlə verilməsi prosesi başlaya bilər. Milli Bankın hökumətə təqdim etdiyi sənədə görə, əhalinin güzəştli kateqoriyalarına, əsasən hərbçilər və gənc ailələr aiddir.


Mənzil alınması üçün ipoteka kreditlərinin verilməsinə 3 aydır ki, başlanıb. İndiyə kimi 24 müştəri kredit ala bilib. İndi ipoteka krediti almaq üçün nəzərdə tutulan məbləğin 30 faizini əvvəlcədən əldə etmək lazımdır. Kredit uzağı 15 illiyinə verilir.


XS
SM
MD
LG