Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:57

Xurşidbanu Natəvan. Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!


Xöcəstə bülbüli-xoşnitq, xoşzəban, getmə!
Mənə tərəhhüm elə, qoyma Natəvan, getmə!

Bu gülşən içrə, gülüm novşüküftə bir gülsən,
Sənə hənuz deyil mövsimi-xəzan, getmə!

Məni - fələkzadəyə rəhm qıl, səni tari,
Qaşın kimi qəddimi eyləyib kaman, getmə!

Sənin bu gözlərinə gözlərim ola qurban,
Bir-iki dəm mənə ol bari həmzəban, getmə.

Yeni nümüvv eləyən, sərvvəş, dayan bari,
Sirişkimi qoy edim payinə rəvan, getmə!

Mənə ki, guşeyi-cəşm ilə bir nəhan baxdın,
Tez öldürər məni bu möhnəti-nəhan, getmə!

Düşə əyaqdən ol sərvi-qamətin, billah,
Qiyaməti gətirər başimə əyan, getmə!

Bu cismi-zarım üçün məhz ruhsən, axır,
Tutar qərar məgər, ruhsuz rəvan, getmə!

İki gözüm işığı, şahzadə simbərim,
Məni də yoldaş apar, qoyma Natəvan getmə!
XS
SM
MD
LG