Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:44

«Xaç qayınatası»


Nursultan Nazarbayev və Rahat Əliyev
Nursultan Nazarbayev və Rahat Əliyev
Qazaxıstan prezidenti Nursultan Nazarbayevin keçmiş kürəkəni Rahat Əliyev alman və rus dillərində çap olunan «Xaç qayınatası» adlı kitabında prezident haqqında geniş yazıb. Hazırda Avstriyada mühacirətdə yaşayan keçmiş kürəkən öz kitabında Nazarbayevin öz ailəsinə də hakimiyyətinə potensial iddiaçılar kimi baxdığını yazır.

540 səhifəlik, qalın cildli kitabın 71-ci səhifəsindən:

«Müxtəlif məqsədlərlə ailə bir yerə yığılırdı. Ailənin başçısı hüdudsuz hakimiyyətinə kimsənin iddialı olub-olmadığını özü üçün aydınlaşdıra bilmək üçün diqqətlə ətrafındakıları seyr edir. Hamı ondan qorxurmu? Kiminsə ürəyindən hakimiyyət keçmir ki? Onu bur suallar daim narahat edir».

Qazaxıstanda dövlətə xəyanət, korrupsiya, adam oğurluğu kimi cinayətlərdə ittiham olunaraq 40 il qiyabi azadlıqdan məhrumetmə cəzası almış Rahat Əliyev kitabında yazır ki, xaç qayınatasına qarşı çıxmağın nəticələri çox ağır olur:

«Nazarbayevin bir barmağını qaldırması ilə ona sadiq ordu, gizli polis, məsləhətçiləri, məhkəmələr, prokurorlar və korrupsiyalaşmış jurnalistlər sənin üstünə düşəcəklər. Konstitusiya onun ömrünün axırına qədər prezident olmasını təmin edib. Parlament, media, məhkəmələr, internet...hər şey onun total nəzarətindədir. Telefon danışıqları, elektron məktublar izlənir. Müxalifət artıq məhv edilib. Astananın divarları onu öz xalqından müdafiə edir. Bir sözlə, artıq dairə qapanıb».

Rahat Əliyev kitabında Nazarbayevin varis planı haqqında da yazır. O, Nazarbayevin gizli arvadından olan oğlunu varis seçdiyini yazır.

Rahat Əliyevin iddiasına görə, prezident Nazarbayev üçüncü gizli arvadından - 28 yaşlı keçmiş Qazaxıstan gözəlindən olan oğlunu hakimiyyətdə görmək istəyir. Müəllifin iddiasınca, bu, 2035-ci ildə baş verəcək və indi dörd yaşı olan «gənc sulatın»ın o zaman 30 yaşı olacaq.

Mühacirətdə yaşayan keçmiş kürəkəni prezident Nazarbayevin şəxsi keyfiyyətlərini bu cür təsvir edir:

«O, tarixə Qazaxıstanın Atatürkü, gələcək nəsillərin hörmətlə xatırlayacağı millətin atası kimi düşmək istəyir. Onun buna şansları da vardı. Amma hədsiz pul hərisliyi, acgözlüyü və hakimiyyəti itirmək qorxusu xaç qayınatasını bu şansdan məhrum edib».

Rahat Əliyev prezidentin böyük qızı Dariqa ilə evli olduğu və Qazaxıstanda yüksək vəzifələrdə çalışdığı vaxtlar Nazarbayevlə görüşlərinin əksəriyyətini gizlicə diktofona yazdığını bildirir. O, «sənədli novella» adlandırdığı kitabında həmin söhbətlərin bəzilərinin mətnini də çap edib.

Həmçinin oxu:

«Qazaxıstanda seçkini MTN saxtalaşdırır»
XS
SM
MD
LG