Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 11:35

Avropa Şurası Azərbaycanı unudub?


Siyasi məhbuslar üzrə məruzəçi deyir ki, başı Almaniyadakı parlament seçkilərinə qarışdığından Azərbaycana səfəri gecikir

Avropa Şurasinin Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Kristofer Ştrasser AzadliqRadiosunun sorgusuna cavab verib.

AzadliqRadiosu məruzəçidən sorusmusdu ki, təyinatından alti ay keçməsinə baxmayaraq Azərbaycana səfər etməməsinin səbəbi nədir?

Ştrasse yazir:

"Mən Almaniyada Bundestaqa seçkilərlə olduqca ciddi məsğul idim və bütün vaxtimi buna sərf edirdim. Indi yenidən seçilmişəm, Azərbaycana gələcəyim və bu vacib hesabatin üzərində isləyəcəyim günü səbirsizliklə gözləyirəm".

Ştrasser hələlik basqa suallara cavab verə bilməyəcəyini yazir.

Avropa Şurasi Kristofer Ştrasseri bu ilin yazinda Azərbaycanda siyasi məhbuslarla bagli məruzəçi təyin edib.

Azərbaycan hakimiyyətinin rəsmiləri dəfələrlə bəyan ediblər ki, ölkədə siyasi məhbus problemi həll olunub.

Bir sıra insan haqları təşkilatları başqa fikirdədir.

XS
SM
MD
LG