Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 21:00

Həmməruzəçilər bloqqerlərin işini İlham Əliyevlə müzakirə ediblər


Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib
Avropa Şurası Parlament Assambleyasının Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Cozef Debano Qrek Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. Bu haqda Andres Herkel məlumat verib:

«İlham Əliyevlə dostyana görüşümüz oldu. Bloqqerlərin məhkəməsi, məhkəmə qərarlarının icrası və s. məsələləri müzakirə etdik. Biz bəzi məsələlərdə razılaşdıq, bəzi məsələlərdə yox».

Andres Herkel prezidentlə görüşün digər detallarını açıqlamaqdan imtina edib.

Ümumiyyətlə isə Herkel deyib ki, «hakimiyyət rəsmiləri bizim iradlarımız arasında yeganə olaraq bir məqamla razılaşdırdılar. Bu, məhkəmə qərarlarının icra olunmaması məsələsidir».

Azərbaycan üzrə yeni təyin olunmuş həmməruzəçi Cozef Debano Qrex isə bildirib ki, Azərbaycana ilk səfərinin təəssüratlarını hələ ki, açıqlamaq istəmir, bu məlumatları analiz edəcək və bu ilin iyununa qədər Avropa Şurası Parlament Assambleyasına təqdim ediləcək hesabata daxil edəcək.

Xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurmada ittiham olunan Emin Milli 2 il yarım, Adnan Hacızadə isə 2 il müddətinə azadlıqdan məhrum edilib.
XS
SM
MD
LG