Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:55

«Qarabağ münaqişəsi gündəmdən çıxsa, ölkədə hər şey alt-üst ola bilər»


Ərəstun Oruclu
Ərəstun Oruclu
«Qarabağ münaqişəsinin həllində nə Azərbaycan, nə də Ermənistan tərəfi maraqlı deyil».

«Şərq-Qərb» Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu «İşdən sonra» belə deyib. Verilişdə ABŞ Dövlət katibi Hillari Klintonun Qarabağ münaqişəsinin həlli barədə dedikləri və başqa məsələlər müzakirə edilib.

Ərəstun Oruclu hesab edir ki, Qarabağ münaqişəsi gündəmdən çıxsa, ölkədə hər şey alt-üst ola bilər:

- Əslində, xanım Klintonun açıqlamasını diplomatik dildən siyasi təhlil dilinə çevirsək, belə bir qənaətə gələ bilərik ki, münaqişənin həlli planı mövcuddur. Bu plan reallaşmağa başlayandan sonra ilk növbədə diqqət insan haqlarının durumuna yönələcək. Əslində nə Azərbaycan tərəfi, nə də Ermənistan tərəfi münaqişənin həllində maraqlı deyil. Ölkə daxilindəki istər iqtisadi, istər sosial, istər təhlükəsizlik və başqa məsələlər Dağlıq Qarabağ münaqişəsi üzərində qurulub. Bu münaqişə gündəmdən çıxsa, hər şey alt-üst ola bilər.

Mübariz Əhmədoğlu
Politoloq Mübariz Əhmədoğlu isə hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimi üçün ilk növbədə iqtidarla müxalifət arasındakı münasibətlər normallaşmalıdır:

- Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi üçün Azərbaycanda iqtidarla müxalifət arasında münasibətlər normallaşmalıdır. İstər Qənimət Zahidi, istər digər həbsdə olan jurnalistləri müxalifət hesab etsək, iqtidarla müxalifət arasındakı münasibətlər gərginləşir və müxalifəti özgə dövlətlərin qucağına atmaq yolunu daha da asanlaşdırır.

Azərbaycan hökuməti ABŞ-dan şübhələnir?

Qonaqların «İşdən sonra»da mentalitet müzakirəsi

DAHA ƏTRAFLI AUDİONU DİNLƏYİN

/ Hazırladı Gülər Qasımova /
XS
SM
MD
LG