Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:44

Rəşid Hacılı «İfadə Azadlığına Senzura İndeksi» mükafatına layiq görülüb


Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı
Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı
Martın 25-də Londonda «İfadə Azadlığına Senzura İndeksi» mükafatının 10-cu təqdimat mərasimi olub. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı «Hüquq və təbliğat» nominasiyası üzrə mükafata layiq görülüb.

Rəşid Hacılı AzadlıqRadiosuna deyib ki, ona verilən mükafat ictimai maraqların müdafiəsi ilə bağlı aparılan kampaniya ilə bağlı olub:

«Bu mükafat beynəlxalq səviyyədə verilir. Təəssüf ki, Adnan Hacızadə və Emin Millinin namizəd olduğu mükafatlar başqa bir şirkətə təqdim olundu».

Hazırda həbsdə olan bloqqerlər Emin Milli və Adnan Hacızadə Google-nin «Yeni Media» mükafatına namizəd idi.

«İfadə Azadlığına Senzura İndeksi» beş nominasiya üzrə verilir. Mükafat öz həyatlarını risk altına ataraq heç kimin toxunmadığı mövzulardan danışan şəxslərə verilir.
XS
SM
MD
LG