Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:29

Rauf Mirqədirov: «Bizdə etiraz elektoratının başında dura biləcək liderlər yoxdur»


Bişkekdə iğtişaşlar, 7 aprel 2010
Bişkekdə iğtişaşlar, 7 aprel 2010

Aprelin 7-də «İşdən sonra» verilişində Qırğızıstanda baş verən hadisələr müzakirə edilib. Politoloqların məsələlərə münasibəti birmənalı olmayıb

«Azərbaycanda etiraz elektoratının başında dura biləcək liderlər yoxdur». Bunu «Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov deyib. «İşdən sonra»da Qırğızıstanda baş verən hadisələr müzakirə edilib.

QIRĞIZISTANDAKI HADİSƏLƏR ƏFQANISTAN NARKOMAFİYASININ İŞİNƏ OXŞAYIR

Politoloq İlqar Məmmədov:

İlqar Məmmədov
- Ümumilikdə Qırğızıstan millət, dövlət kimi formalaşmayıb. İflasa uğramış dövlət də demək olar. Bu böhranın dərinləşəcəyini və uzun müddətli ziyan vuracağını düşünürəm. Böhranın praktiki səbəbləri olaraq birincisi narkomafiyanın Əfqanıstandan Qırğızıstan tərəfə axışmasını və oranı narkomərkəzə çevirməsini, ikincisi, Rusiya və ABŞ arasında Qırğızıstan uğrunda o qədər də kəskin olmayan rəqabətin olmasını göstərmək olar. Bu daha çox Əfqanıstan narkomafiyasının işinə oxşayır.

DİNİ RADİKAL ELEMENTLƏR OLSA XARİCDƏN DƏSTƏK OLMAYACAQ

«Atlas» Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu:

- Burada önəmli olan xarici dövlətlərin hansı münasibəti sərgiləməsidir. Həm Moskva həm də Vaşinqton hadisələrin gedişatını izləyəcək. Söhbət həqiqi müxalifətdən gedirsə, onlar üstünlüyü əldə etməyə çalışarlarsa, dəstək ola bilər. Müxalifətin arxasında müəyyən klanlar dayanarsa, həm Kreml həm də Vaşinqton düşünməli olacaq. Burada dini radikal elementlərdən söhbət gedə bilər, yəqin ki, bu cür müxalifətə xaricdən dəstək olmayacaq.
Elxan Şahinoğlu
Müxalifətin tərkibi aydınlaşandan sonra onlara dəstək məsələsinə də aydınlıq gətiriləcək.

AZƏRBAYCANDA ETİRAZ ELEKTORATININ BAŞINDA DURA BİLƏCƏK LİDERLƏR YOXDUR

« Zerkalo» qəzetinin siyasi şərhçisi Rauf Mirqədirov:

- Kurmanbek bir neçə ciddi səhvə yol verdi. Birinci səhv ondan ibarət idi ki, Qırğızıstan müəyyən klanlardan ibarətdir və bu klanlar regional təmsilçilik üzrə bölünüblər. Kurmanbek o klanları nəzərə almaq istəmədi. Avtoritar hakimiyyətini, öz ailəsinin hakimiyyətini qurmağa çalışdı. İkinci kobud səhvi ondan ibarət oldu ki, o, müxalifət liderlərinin hamısını həbs etdi. Azərbaycanın müxalifət liderlərinin səhvlərindən biri ondan ibarət idi ki, hakimiyyətlə qarşıdurmanı regional müstəviyə keçirmək istəyirdilər. Azərbaycan cəmiyyəti daha praqmatikdir.
Rauf Mirqədirov
Azərbaycanla Qırğızıstan arasında birinci üçün dərs ola biləcək bir faktoru diqqətə gətirə bilərəm ki, bu gün Azərbaycanda etiraz elektoratının başında dura biləcək liderlər yoxdur. Onların etiraz elektoratına təsir etmək, idarə etmək imkanları yoxdur.

Ümid Partiyasının sədri İqbal Ağazadə isə bu fikirlə razı deyil:

- Bu gün Azərbaycan ictimaiyyətinə bəlli olan isimlərin heç biri uzun yol keçməmişdilər, amma hadisələr həmin adamları liderə çevirə bildilər. Azərbaycanda kifayət qədər lider ola biləcək insanlar var. Hadisələrin axarında onlar lider kimi ortaya çıxacaqlar.

Həmçinin oxu: QIRĞIZISTAN MÜXALİFƏTİNİN LİDERİ KİMDİR?

DAHA ƏTRAFLI PROQRAMI DİNLƏYİN.

/ Hazırladı Gülər Qasımova /

MÖVZU İLƏ BAĞLI MÖVQEYİNİZİ BURADA BİLDİRİN
XS
SM
MD
LG