Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 23:02

«Ermənistan çalışır ki, vaxtı uzatsın»


İlham Əliyev
İlham Əliyev
«Əgər Ermənistan yenilənmiş Madrid təklifinə müsbət cavab verərsə və bunun əsasında qoşunlarının Azərbaycan torpaqlarından çıxması prosesi başlanarsa, Azərbaycan Ermənistanla bütün sərhədləri və kommunikasiya xətlərini açacaq».

Bu fikirləri Azərbaycan prezidenti İlham Əliyev Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğanla Bakıda keçirdikləri birgə brifinqdə səsləndirib.

İ.Əliyev deyib ki, yalnız bundan sonra bölgədə tam sülh yarana və təhlükəsizlik tədbirləri təmin oluna bilər.

Dövlət başçısı bildirib ki, Azərbaycan ATƏT-in Minsk qrupu tərəfindən yenilənmiş Madrid prinsipləri əsasında verilən təklifləri kiçik istisnalarla qəbul edib və eyni yanaşmanı Ermənistan tərəfindən də gözləyir:

«Baxmayaraq ki, təklifin verilməsindən altı ay keçib, amma Ermənistan tərəfindən müsbət cavab verilməyib. Biz bunu belə qəbul edirik ki, sadəcə Ermənistan tərəfi çalışır ki, vaxtı uzatsın, məsələnin həlli üçün önəmli addımlar atmasın və beləliklə bu danışıqlar prosesi daimi bir prosesə çevirilsin».

İlham Əliyevə görə, Dağlıq Qarabağ danışıqlarının bütün həlledici məqamlarında Ermənistan danışıqların pozulmasıyla bağlı müxtəlif addımlar atıb.

«Əgər Ermənistan ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən verilən təklifə müsbət cavab verərsə, tərəflər məsələnin həllinə yaxınlaşacaq, yox əgər müsbət cavab verilməyəcəyi halda danışıqlar prosesi pozulacaq» - deyə cənab Əliyev bildirib.
XS
SM
MD
LG