Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:39

BMT İrana sanksiyalar tətbiq etməyə hazırdır


BMT-nin Təhlükəsizlik Şurası İranın nüvə proqramı əleyhinə bu ölkəyə sanksiyalar tətbiq etməyə hazırdır.

Meksikanın BMT-dəki səfiri, Şuranın hazırki prezidenti Claude Heller deyib ki, üzvlər bu həftə səs verməyi qərara alıblar.

Ancaq Braziliyanın səfiri Maria Luiza Riberio Viotti bildirib ki, onun ölkəsi və Türkiyə İranı nüvə proqramıyla bağlı siyasi müzakirələrə çağırıb.

Hər iki qeyri-şura üzvləri bu yaxınlarda yanacaq mübadiləsini tələb edən ölkələrlə İran arasında vasitəçilik edib.

İran prezidenti Mahmud Əhmədinejad deyir ki, Türkiyə və Braziliyanın yanacaq mübadiləsiylə bağlı vasitəçiliyi təkrar edilməyəcək.

Əhmədnejdad həmçinin bildirib ki, İrana qarşı sanksiyalar qərarı verilsə, nüvə proqramıyla bağlı danışıq aparılmasına razılaşmayacaqlar.

O, bu barədə İstanbulda regional sammitdə danışıb.
XS
SM
MD
LG