Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:46

İlham Əliyev: «Əgər Ermənistan işğalçı siyasətini davam etdirmək istəsə…»


«Əgər Ermənistan tərəfi öz işğalçı siyasətini davam etdirmək istəsə və danışıqlar prosesini bir imitasiya prosesi kimi davam etdirmək istəsə, Azərbaycan öz mövqeyində ciddi dəyişikliklər edəcək».

Bu fikirləri iyunun 8-də Türkiyədə səfərdə olan prezident İlham Əliyev Azərbaycan televiziyalarına müsahibəsində deyib.

Yenilənmiş Madrid prinsiplərilə bağlı Ermənistan tərəfindən nə «hə», nə də «yox» cavabının gəlmədiyini deyən İlham Əliyev bildirib ki, indiki şəraitdə vasitəçilər öz qəti sözünü deməlidir.

«Dəfələrlə bəyan etmişik ki, Azərbaycan prinsip etibarı ilə yenilənmiş Madrid prinsipləri ilə razıdır. Doğrudur, həmin təkliflərdə müəyyən məqamlar var ki, onlar bizi qane edə bilməz, amma onlar daha çox texniki və redaktə xarakterlidir. Bütövlükdə prinsiplərə baxsaq, yenilənmiş Madrid prinsiplərində Azərbaycanın ərazi bütövlüyünün bərpası və işğaldan əziyyət çəkən insanların öz torpaqlarına qaytarılması məsələləri öz əksini tapır».

İlham Əliyev deyib ki, əgər danışıqların davam etdirilməsində hamı maraqlıdırsa, hər hansı bir addımlar atılmalıdır. Əgər bu olmazsa və ya Ermənistan tərəfindən vaxt uzatmaq taktikası davam etdirilsə, rəsmi qaydada bu prinsiplərə mənfi cavab verilərsə, o zaman Azərbaycan təbii ki, bu danışıqlarda və ümumiyyətlə bu prosesində öz iştirakının gələcək prespektivi haqda ciddi düşünməlidir.

«Mən dəfələrlə demişəm ki, biz imitasiya naminə danışıqlarda iştirak etməyəcik. Azərbaycan o vaxta qədər danışıqlar prosesində iştirak edəcək ki, nəticə üçün ümidimiz olsun. Digər bir halda isə, məsələ dondurulmuş vəziyyətdən çıxıb başqa bir müstəviyə keçəcək. Bu da burada sirr deyil ki, hərbi variantdır. Məsələnin hərbi yolla həlli heç vaxt istisna olunmurdu və bu gün də istina olunmur».

İlham Əliyev deyib ki, biz bütün həmsədr ölkələrin Ermənistan tərəfinə ciddi təsirlər göstərəcəyini gözləyirik.
XS
SM
MD
LG