Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 20:54

Sarkisyan: «Azərbaycan hamını hərblə qorxudur»


Ermənistan prezidenti Serj Sarkisyan
Ermənistan prezidenti Serj Sarkisyan
«Azərbaycan hamını Dağlıq Qarabağ münaqişəsini hərb yolu ilə həll etməklə qorxudur. Bu, tək Ermənistanla Azərbaycan arasında aparılan danışıqları təhlükə altına almır, həm də bölgə sabitliyi sual altında qoyur».

Bunu Ermənistan prezidenti Serj Sarkisyan Almaniyada kansler Angela Merkellə iyunun 22-də keçirilən görüşdə deyib.

«Mediaforum» saytı yazır ki, o, bu mövzuya Almaniyadakı erməni lobbisinin təmsilçiləri ilə görüşdə də toxunub:

«Ermənistan hakimiyyəti ermənilərin maraqlarına xidmət etməyən heç bir həll planına imza atmayacaq».

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə iyunun 23-də Avstriyanın Azərbaycandakı səfiri ilə görüşdə deyib ki, Azərbaycanın hərbi ritorikadan geri çəkilməsi üçün ilk növbədə ərazilər işğaldan azad olunmalıdır:

«Həmsədrlər müharibəyə şans verməməyə çağırırlar. Lakin bunun üçün Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan ərazilərindən çıxmalıdır. Bu proses nə qədər tez başlansa, hamı üçün yaxşı olar. Hazırkı «status-kvo» heç kimi qane etmir».

«Cəbhədə baş verən son insident, ilk növbədə bütün dünyaya xəbərdarlıqdır ki, münaqişə dondurulmuş deyil», - nazir əlavə edib.

E. Məmmədyarov sözlərinə görə, nə qədər ki, torpaqlar işğal altındadır, nə sülh, nə müharibə vəziyyətidir, belə insidentlər baş verə bilər:

«Ermənistan güc tətbiq etməmək barədə bizimlə hansısa saziş imzalamaq istəyir. Lakin artıq gücdən istifadə olunub, bunun nəticələri aradan qaldırılmalıdır. Ermənistan tərəfi konstruktiv danışıqlara nə qədər tez keçsə, bir o qədər yaxşı olacaq. Bunun üçün imkanlar var».
XS
SM
MD
LG