Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 14:41

«Qarabağ» «Visla»ya qalib gəlib




Ağdam «Qarabağ» futbol klubu UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Krakovun «Visla» komandasını 1:0 hesabı ilə məğlub edib.

Qol.az yazır ki, oyun Polşanın Krakov şəhərinin «Hutnik» stadionunda keçirilib.

Oyunun 68-ci dəqiqəsində meydana daxil olan Vüqar Nadirov 20 saniyə sonra qol vurub.

Qapıçı Fərhad Vəliyev isə 90-cı dəqiqədə Juravskinin penalti zərbəsini dəf edib.

Revanş matçı avqustun 5-də Bakıda keçiriləcək.
XS
SM
MD
LG