Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 05:37

Azərbaycan-İran sərhədində gərginlik


«Azərbaycan-İran sərhədinin Yardımlı rayonu hissəsində müəyyən narahatlıqlar var, əməliyyat şəraiti gərgin olaraq qalmaqdadır».

APA-nın məlumatına görə, bunu Azərbaycan Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.

Narkotik vasitələrin silahlı şəxslər tərəfindən bu istiqamətdə dövlət sərhədindən keçirilməsi hallarının davam etdiyini deyən E. Quliyevin sözlərinə görə, bir neçə gün əvvəl Yardımlı istiqamətində yenə belə hal baş verib:

«Sərhəd naryadının gördüyü zəruri tədbirləri nəticəsində bu hadisənin qarşısı alınıb. Külli miqdarda siqaret məmulatları və narkotik vasitə aşkar edilib. Silahlı sərhəd pozucularından isə biri zərərsizləşdirilib».

DSX rəisi İran tərəfinin viza rejimini ləğv etməsinin sərhədin qeyri-qanuni keçilməsi, sərhəd pozuntularının sayının azalmasına ciddi təsir göstərmədiyini bildirib.

Statistik rəqəmləri açıqlamayan DSX rəisi onu da vurğulayıb ki, Azərbaycanın dövlət sərhədlərinin daha çox pozulması faktları cənub sərhədlərində baş verir.
XS
SM
MD
LG