Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:06

Azərbaycan iqtisadiyyatı azadlığına görə Ermənistandan 43 pillə geridədir


Hər bir dövlət 1-dən 10-a qədər şkala üzrə qiymətləndirilir
Hər bir dövlət 1-dən 10-a qədər şkala üzrə qiymətləndirilir
Torontodakı Freyzer İnstitutunun tərtib etdiyi Dünya İqtisadi Azadlıqlar İndeksində Azərbaycan 6.36 balla 93-cü sırada yer alıb. Əvvəlki indekslə müqayisədə daha 4 pillə geriləyib.

AZƏRBAYCAN HƏR KƏSDƏN GERİDƏ

Müqayisə üçün, bu indeksdə Gürcüstan 23, Ermənistan 50, Türkiyə 57, Qazaxıstan 58, Qırğızıstan 62, Rusiya 84, Moldova 87, İran 107, Ukrayna 127-ci sırada yer alıb.

ƏN AZAD VƏ AZAD-OLMAYANLAR

Dünyanın iqtisadiyyatı ən azad ölkəsi Honq-Konqdur. Sonra Sinqapur, Yeni Zelandiya, İsveçrə, Çili, ABŞ, Kanada, Avstraliya, Mavritaniya və Böyük Britaniya yer alır. Siyahıda sonuncu – 141-ci yeri isə Zimbabve tutur.

İNDEKS NECƏ TƏRTİB OLUNUR?

Dünya İqtisadi Azadlıqlar İndeksi tərtib olunarkən 5 sahə üzrə göstəricilər nəzərə alınır:

- Hökumətin fəaliyyəti;
- Hüquqi mexanizmlər və mülkiyyət hüququnun qorunması;
- Maliyyə imkanları;
- Beynəlxalq ticarət azadlığı;
- Kredit, əmək və biznes mühitinin nizamlanması.

Bu sahələrin hər birinin içində də 50-yə qədər müxtəlif istiqamətlər var. Hər bir dövlət 1-dən 10-a qədər şkala üzrə qiymətləndirilir. Sonra isə ortaq bal hesablanır.

Tədqiqatçılar bütün beynəlxalq institutlar tərəfindən qəbul olunan məlumatlara əsaslanırlar. Elə bu üzdən də bu il açıqlanan indeks əslində, 2 il əvvəlin məlumatlarına əsasən hazırlanıb, 2008-ci ilin statistikasını əhatə edir.

İQTİSADİ AZADLIQLAR NƏYƏ GÖRƏ VACİBDİR?

Freyzer İnstitutu iqtisadiyyatı azad ölkələrdə əhalinin daha firavan, daha çox yaşamasını da bildirir.

Hesabata əsasən, iqtisadiyyatı azad olmayan ölkələrdə ildə adambaşına düşən milli gəlir 3858 dollardırsa, azad ölkələrdə 32000 dollardan yuxarıdır.

İqtisadiyyatı azad olmayan ölkələrdə yoxsullar ildə cəmi 910 dollar qazanırsa, azad ölkənin yoxsulları ilə 8400 dollar qazanır.

İqtisadiyyatı azad olmayan ölkədə orta ömür 59 yaşdırsa, azad ölkələrdə insanlar 20 il daha uzun ömürlü olur – 79 il yaşayır.
XS
SM
MD
LG