Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:53

Geylər və lesbiyanların da insan hüququ var


Afrika və ərəb dövlətləri seksual orientaisya məsələsinin sənəddə əks edilməməsini istəyirdilər
Afrika və ərəb dövlətləri seksual orientaisya məsələsinin sənəddə əks edilməməsini istəyirdilər
BMT Baş Assambleyası son sessiyasında sıradan, hər il qəbul etdiyi bir qətnaməni bu dəfə fərqli ifadələr əlavə edərək qəbul edib. ABŞ-ın təklif etdiyi, dəstəklədiyi və bir çox ölkələrin etirazına rəğmən sonda razılaşdığı sənəddə ilk dəfə insan hüquqlarının əhatə dairəsinə seksual orientasiya da daxil edilib.

Azlıqların qorunmasını, öldürülməsini, təzyiqə məruz qalmasını qadağan edən bu sənəddə ilk dəfə olaraq gey, lesbiyan, transseksual və biseksualların adı qorunmalılar siyahısına aid olunur.

192 üzvü olan Baş Assambleyaada bu dəyişikliyin lehinə 93, əleyhinə 55 dövlət səs verib. 27 dövlət bitərəf qalıb.

BƏSİT İNSAN HÜQUQU

Afrika və ərəb dövlətləri ciddi şəkildə seksual orientaisya məsələsinin sənəddə əks edilməməsini istəyirdilər. Ancaq ABŞ-ın BMT-dəki səfiri Susan Rice-ın səyləri sonunda bəhrəsini verdi. Və ABŞ prezidenti Obamanın sözçüsü səsvermədən sonra bəyan etdi ki, «onlar əlavəni dəstəkləyən bütün dövlətlərə təşəkkür edirlər. Çünki bu sənəd hər kəsə açıq mesaj verir ki, gey və lesbiyanların dövlət tərəfindən ayrı-seçkiliyə məruz qalmaqdan qorunması xüsusi hüquq deyil, bəsit insan hüququdur».

Müzakirələr çox gərgin keçib. Müzakirələrin yetərincə gərgin keçməsi və qarşılıqlı ittihamlar üzündən səsvermə 2 saat yubanıb. Əvvəlcə ciddi şəkildə sənədin əleyhinə çıxan ölkələrdən Albaniya, Ruanda və Cənubi Afrika Respublikası səsvermə zamanı fikirlərini dəyişib. Əfqanıstan, İran, İraq və Pakistan kimi dövlətlər isə ciddi şəkildə gey və lesbiyanların hüquqlarının insan hüquqlarına dəxli olmadığını və hər kəsin onlara öz istədiyi münasibət göstərməkdə haqlı olduğunu sübut etməyə
Belqradda qey-parad, 10 oktyabr 2010
çalışıblar.

Afrikada və bir çox ərəb dövlətlərində qadın və kişilər arasında olan normal münasibətlərdən savayı, istənilən cinsi münasibətlər cinayət sayılır. Buna görə cərimə, həbs cəzası və hətta bəzi yerlərdə ölüm hökmü də nəzərdə tutulur.

«Human Rights Watch» təşkilatının «Lesbian, Gay, Bisexual, and Transseksual» Proqramının rəhbəri Boris Dittrich deyir ki, yeni sənəd adıçəkilən cinsi azlıqlara öz yaşadıqları dövlətlərdə olduqları kimi yaşamaq təminatı verir:

«BÖYÜK QƏLƏBƏ»

«Bu, çox böyük qələbədir və bizi dəstkləyən hər kəsə təşəkkür edirik. Cənubi Afrikanın da əlavəni dəstəkləməsi ilə biz düşünürük ki, lesbiyan, gey, biseksual və transseksualların hüquqlarının insan hüququ kimi tanınması baş verib».

Boris Dittrich deyir ki, necə ki, insanların dini mənsubiyyətinə görə onların təzyiqə məruz qalmasına yol verilmir, seksual mənsubiyyətinə görə də təzyiqə məruz qalması, sıxışdırılması yolverilməzdir.

ABŞ-ın da seksual azlıqlarla bağlı mövqeyi daha öncə konkret deyildi. Məsələn, prezident Corc Buşun vaxtında Birləşmiş Ştatlar da bu sənədə seksual orientasiya əlavəsinin edilməsinə qarşı səs vermişdi.

«BİZ SƏSSİZ QALA BİLMƏRİK»

BMT Baş katibi Ban Ki Mun
Ancaq Obamanın hakimiyyətə gəlişiylə ABŞ-da Avropa Birliyi kimi gey və lesbiyanların hquqlarının qorunmasında fəallığı ilə seçilir. Seksual azlıqların hüquqlarının qorunması sahəsində son illər ən fəal iş aparan isə BMT Baş katibi Ban Ki Mundur.

Ban Ki Mun dekabrın 10-da, BMT İnsan Haqları Günündə çıxışı zamanı da demişdi:

«Hər hansı bir adam seksual mənsubiyyətinə görə hücuma məruz qalırsa, alçaldılırsa, həbsə atılırsa, biz səsimizi ucaltmalıyıq. Biz heç nə olmamış kimi dura bilmırik, biz səssiz qala bilmərik».

Ancaq bir şeyi qeyd etmək lazımdır ki, BMT-nin bu qətnaməsinin tətbiqi məcburi xarakter daşımır, ancaq tövsiyə və mesaj xarakterlidir.
XS
SM
MD
LG