Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:42

“Stratfor” mümkün inqilab ocaqları sırasında Azərbaycanın da adını çəkir


KEÇMİŞ SOVET ÖLKƏLƏRİNDƏ “MİSİR İNQİLABLARI”

Misirdə davam edən etiraz askiyaları keçmiş sovet respublikalarında da belə hadisələrin ehtimalları haqqında söz-söhbətlərə səbəb olub. ABŞ-da fəaliyyət göstərən “Stratfor” Araşdırmalar Mərkəzi fevralın 10-da bu mövzuda təhlilini yayıb.

Mərkəz qeyd edir ki, belə hadisələrin keçmiş SSRİ ölkələrində baş verməsi ehtimalları o qədər də əsassız deyil. Çünki bu ölkələrin çoxuna avtoritar liderlər rəhbərlik edirlər. On illərdir həmin ölkələri idarə edən bi liderlər müxalifəti təzyiq
MİSİR HAQDA
altında saxlayırlar.

Amma Misirlə bu postsovet məkanı arasında bəzi fundamental fərqlər var. Həmin fərqlər “Misir effekti”nin keçmiş sovet ölkələrinə yayılması ehtimallarını zəiflədir.

MİSİRİN KEÇMİŞ SOVETLƏRDƏN FƏRQİ


“Stratfor” yazır ki, Misirlə keçmiş sovet respublikaları arasında inqilab şəraiti baxımdan 3 əsas fərq var.

Birincisi, keçmiş sovet respublikaları da avtoritar rejimlər tərəfindən idarə olunsa da, onlarda olan sistemlə, Misirdəki sistem fərqlidir. Misirdə sistem ordudan qaynaqlanır. Keçmiş sovet respublikalarında isə sistemin əsasını daxili təhlükəsizlik aparatı təşkil edir.

Rusiya və Belorusda Misirə bənzər hadisələr baş verə bilməz...
Misirdə də güclü daxili təhlükəsizlik qüvvələri formalaşdırılıb. Amma polisə əhali arasında nifrət formalaşıb. Xalq ordunu onu polisdən qoruyan qüvvə kimi görür.

İkinci fərq
ondan ibarətdir ki, sosial və siyasi qeyri-sabitlik riskləri ilə yaşayan keçmiş sovet respublikalarının çoxu Qərbin müttəfiqləri deyillər. Misir ordusunun etiraz askiyalarına güc tətbiq etməməsinin bir səbəbi də Qərbin, xüsusilə də ABŞ-ın gözündə rejimin legitimliyinə xələl gətirməmək istəyidir.

Və üçüncüsü, keçmiş sovet ölkələri Qərbdə gedən tendensiyalara, siyasi proseslərə nisbətən daha sıx bağlıdırlar. 2000-ci illərin ortalarında gedən rəngli inqilablarla Ukrayna, Gürcüstan və Qırğızıstanda dəyişikliklər oldu.

DİKTATORLARI XALQ DƏSTƏKLƏYİR?

Indi söz-söhbət gəzir ki, məsələn, Rusiyada etiraz askiyası keçirən müxalifət fəallarının, jurnalistlərin döyülməsi bu ölkədə də Misirdəki kimi narazı kütləni qəzəbləndirə bilər.

Amma həqiqətən də, bəzi marginal insan haqları qrupları kimi Qərbyönümlü elementlər olsa da, Rusiyada əhalinin çox böyük qismi Baş nazir Vladimir Putin və prezident Dmitri Medvedevi müdafiə edir. Təxminən buna bənzər vəaiyyət Belorusdadır.

Bundan başqa, Putin və Lukaşenko həddən artıq güclüdür, onların orduda və təhlükəsizlik xidmətlərində olduqca ciddi dayaqları var.

Ukrayna, Moldova kimi digər ölkələrdə isə siyasi xaos və daxili problemlərə baxmayaraq, Misirlə muqayisədə demokratiya daha güclüdür.

Gürcüstanda da Rusiya və Belorus kimi hərbi və kəşfiyyat qüvvələrinin də dəstəklədiyi, populyar prezident var.

Türkmənistanın vəziyyəti elədir ki, hər hansı xarici ölkədə baş verənlərin bu ölkəyə təsiri yoxdur.

Qazaxıstan və Özbəkistanda qoca liderləri olsa da ictimai etirazların baş qaldırması ehtimalı çox aşağıdır. Çünki bu ölkələrdə güclü müxalifət qrupları yoxdur, əhalinin böyük bir təbəqəsində ölkə başçılarının nüfuzu var.

Bundan başqa, bu ölkələrin liderləri birdən istefa versələr, ya da vəfat etsələr, ölkədə daxili çəkişmələr baş verə bilər.

Doğrudur, 2006-cı ildə Türkmənistan prezidenti vəfat edəndə belə olmadı. Amma siyasi çəkişmələri əvvəlcədən görmək də mümkün deyil.

Beləlikləı, bu ölkələrdə Misirdəkinə bənzər kütləvi etirazların baş qaldırması ehtimalı olduqca aşağıdır.

POTENSİAL İNQİLAB OCAQLARI – AZƏRBAYCAN DA SIRADADIR


“Stratfor” qeyd edir ki, keçmiş sovet respublikaları arasında 4-də inqilab potensilaı bir qədər yüksəkdir. Bunlar Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycandır.

Bu ölkələrdə rejimlərin sabitliyi və təhlükəsizliyi üçün daha çox gizli problemlər var. Bu ölkələrin demək olar hamısında müxalifət qüvvələri, zəif iqtisadiyyat var, Ermənistan istisna olmaqla əksəriyyətində islamçı qruplar küncə sıxışdırılıb.

Ona görə də etiraz aksiyaları və müxalifət qruplarının həmin ölkələrdəki rejimlərə ciddi problem yaratması ehtimalı daha çoxdur. Amma əlbəttə, bu o demək deyil ki, həmin 4 respublika da Misirdəki ssenari ilə üzləşəcək.

Məsələn, Misirdəki hadisələr başlayandan bəri Azərbaycanda hakimiyyət müxalifətdən və sosial qruplardan təzyiqlər alır.

Yanvarın əvvəlindən Təshil Nazirliyinin ölkədə orta məktəb şagirdlərinə hicab geyinməyin qadağan edilməsinə görə Bakıda etiraz askiyaları keçirildi. Son vaxtlar bu mübahisə bir qədər səngisə də xaricdən İran kimi ölkələr hicab qadağasını gündəlikdə saxlamağa çalışırlar.

ERMƏNİSTANDA İNQİLAB RİSKİ ÇOX DEYİL?


Ermənistan geniş miqyaslı etiraz askiyalarına meylli deyil. Keçmiş prezident Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi fevralın 18-ə Yerevanda Azadlıq meydanına etiraz askiyası təyin edib. “Stratfor”un mənbələrinə əsasən müxalifət meydana 10 000 nəfər toplamağı planlaşdırır. Amma onların axırıncı mitinqlərinə bir neçə yüz adamın gəldiyi nəzərə alınsa, növbəti askiyaya bir neçə min nəfərin toplaşması belə böyük qələbə hesab edilə bilər.

Hələ o da aydın deyil ki, hökumət Azadlıq meydanında etiraz askiyası keçirməyə icazə verəcəkmi. Çünki Ter-Petrosyanın qrupu mitinq elan edəndən dərhal sonra Yerevan rəhbərliyi bildirib ki, fevralın 15-dən martın 15-ə qədər həmin meydanda mədəniyyət tədbirləri nəzərdə tutur.

Yəni, Ermənistan potensial inqilab riski çox aşağı olan ölkələrdəndir.

İNQİLABIN QABAĞINI KƏSƏN BAŞQA SƏBƏBLƏR

“Stratfor” qeyd edir ki, hətta Tacikistan, Qırğızıstan, Ermənistan və Azərbaycanda kütləvi etirazlar baş versə belə, bunun hakim rejimin dəyişdirilməsinə gətirib çıxaracağını guman etmək çətindir. Bu ölkələrin heç birində hərbi və təhlükəsizlik sistemində elə mexanizmlər yoxdur ki, onlar Rusiyaya qarşı ola biləcək yeni rejim qurulmasına imkan versin.

Qırğızıstan, Tacikistan və Ermənistanda hərbi qüvvələrdə Rusiya üstünlük təşkil edir. Rusiya hərbiyyəsi də həmin ölkələrdə rejim dəyişikliyinə meylli görünmür.

Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Bu ölkədə hərbi qüvvələr rejimi müdafiə edir. Bu yaxınlarda Türkiyə ilə imzalanan hərbi əməkdaşlıq razılaşması da indiki hakimiyyəti hər hansı dəyişiklik təhlükəsindən qoruyur.

Bütün bunlara görə ABŞ-da strateji araşdırmalarla məşğul olan “Stratfor” hesab edir ki, keçmiş sovet respublikalarında Misirdəki inqilaba bənzər kütləvi etiraz askiyalarının baş tutması ehtimalı aşağıdır. Amma bu, o demək deyil ki, həmin ölkələrdə siyasi sabitliyə və təhlükəsizliyə problemlər yarada biləcək ciddi problemlər yoxdur.
XS
SM
MD
LG