Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Ismayıl Ülkər. Məktub















Neysan


Sən
Hər zaman
"Sudan gələn kuzəli qız"san.
Hər zaman günəş bacısı
- Gecədə açılan ay bacası -
Sən
Hər fəsil yazsan
Baharın ikinci ayısan
sən.


Məktub

Biz
Gecə deyilik
Gecədəyik!
"Sən"lə "mən"
Gecə deyilik,
Gecə kimi iki hecəyik.

Qu quşları üzüşərək vüqarımızda
Batmaq, bitmək bilməyən
İki qumrulu xirtdəyik.
Gözümüzü göynətməsin qaranlıq!
Biz
Qarşı-qarşyıa açılan
İki sönməyən pəncərəyik.


Muştuluğumu ver...

Gəldi
Yol oldum
Güldü
Gül oldum
Aldı əllərinə...
Qolundakı əl oldum...
Çox şükür dünya!
Dola bildi içimə ən son
Ən qutsal dəliliklər...
-
Gəldi, anıldıq
İki danılmış ikən.
Bir kərvan olduq,
İki kərvandan salınmış ikən.

Doldum
Calandı,
Doldu
Calandım!
Muştuluğumu ver tanrım, muştuluğumu!
Sevdalandım mən
Sevdalandım!

Öygü

Sən
Vətən boyda bir məhtab ruhusan!
Sırğan
Ay parçası
Boyunbağın
Ülkər.
Dəniz boyda bir işıq dalğası
Çarpıldığın;
Səhər...

Səsin
Bir iksir kimi
Hər dilə damınca dəyişir.
Sən
Azərbaycan türkcəsisən!
Dillənincə
Hər söz türküləşir.

Sən
Sərbəstlik kimi bir şeysən
Dərilməmiş
Dadılmamış!
Zaman boyunca çalınmamış bir havasan
-Adı qoyulmamış-
Nə "cəngi koroğlu"su
Nə "yanıq kərəmi"si
Nə "dilqəmi"si!
Sən eyyy...
Sən
sən!!
Mənim ruhumun
Nuh gəmisi...


...

Məni xatırladığın bir zaman varsa
Mənə görə gülümsə!
Mən
"Sən"dən bəri
Hər zaman gülümsəyirəm...


...

Ocaqsız
Yanıq
Və yalqız!
Üzülüər
Sazaq kimi üzümdən
Üzərimdən zaman...
- Aman!
İsmayıl Ülkər
Aman-
Hər zaman bu səsi eşitdim
Hər zaman
Bu səs gəldi
Qəhr olası dışarıdan.
Və ömür
Tək bir kömür kimi
Yanııııır
yarpaqlanııııır...

Sönür...
Çürüyüüüür...
Duyğu dolu qucağımda güc
Ölüşgəyir...
Dodağımda şair öpüşlərim...
Dişimlə sancılır
Susur
Sevda qımıldayan dilim...


...

Deyiləm
Artıq yalnız deyiləm!
Naz könlündə saray-saray
Mənə yer açmış bir könüldaşım var
Və mən
Dünya dururkən orada yatacayam.
Bir məhşər olacaq bir gün!
Onun göylərdə tutdğum əlini
Torpaq üzərində tutacayam...
Olacaq
Qiyamət olacaq bir gün
Yer
Göy
Susacaqdır sayqımıza!
Bir məhşər olacaq bir gün!
Və mələklər
Qonaq gələcək
Qonaqlığımıza...


...

Mənim mavi boylum
Maviliyim!
Səni seyr edirəm, səni
Hər yerə baxıram, hardasa...
Qoy
Ayrılıq dağları
Qara cılıtqasını
Asqımıza asa...
Sən
Damarlarımda axan o qırmızı sevdasan!
Məhriban!
Sən, hər zaman ağ bir qu kimi
Gözlərimin işıq yaşındasan.
Qollarım
Ruhunun boynunda
Mışıl-mışıl
- Gözəllik tanrıçam! -
Sən
Hər zaman könlümün ortasında
Ürəyimin başındasan...
XS
SM
MD
LG