Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:31

H.Clinton: Qaddafi cavab verəcək


BNP Paribas bankının qarşısında növbə. Tripoli, 27 fevral 2011
BNP Paribas bankının qarşısında növbə. Tripoli, 27 fevral 2011
ABŞ dövlət katibi Hillary Clinton fevralın 28-də BMT-nin İnsan Haqları Şurasına müraciətində deyib ki, Liviya lideri Muammar Qaddafi öz xalqına qarşı quldurlardan və muzdlu əcnəbi döyüşçülərdən istifadə edir.

Clinton Qaddafini dərhal istefa verməyə çağırıb

ABŞ dövlət katibi deyib ki, Qaddafi və onun ətrafındakılar beynəlxalq hüquqi öhdəlikləri pozan hərəkətlərinə görə cavab verməlidirlər.

Clintonun sözlərinə görə, beynəlxalq aləm Qaddafiyə qarşı hansı tədbirlərin həyata keçirilməsini müzakirə edir və bütün mümkün vasitələr nəzərdən keçirlir.

ABŞ dövlət katibi deyib ki, Qaddafi yeni zorakılıq törətmədən hakimiyyəti təcili şəkildə tərk etməlidir.

Bu arada Qərb ölkələri Liviya müxalifətinin nəzarətində olan şərq bölgələrinə yardımlar göndərməkdədirlər.

İndi artıq ölkənin qərbində də bir çox şəhərlər müxalifətin nəzarətindədir

Paytaxt Tripolinin yaxınlığında yerləşən Zaviya şəhərində minlərlə insan Qaddafinin istefasını tələb etsə də, şəhər Qəddafi qüvvələrinin mühasirəsindədir.

Yerli sakinlər Qaddafi tərəfdarlarının hər an şəhərə hücumunu gözləyir, döyüşə hazır olduqlarını deyirlər.

Benqazidəki üsyançılar
Tripolidə ötən həftənin cümə günü baş vermiş qanlı toqquşmalardan sonra nisbi sakitlikdir.

Yalnız şəhərin Tajoura rayonunda 400-ə yaxın müxalifət tərəfdarı kütləvi aksiya keçirib Qaddafinin istefasını tələb ediblər.

Amma onların şəhərin mərkəzinə doğru hərəkətinin qarşısı Qaddafi qüvvələri tərəfindən alınıb.

Havaya atılan atəşlərdən sonra aksiyaçılar dağılışıblar.

Qaddafi rejimi xarici jurnalistləri dəvət edib ki, şəhərdə sakitlik hökm sürdüyünü onlara nümayiş etdirsinlər. Bu təklifi irəli sürən Qaddafinin oğlu Seyf-al İslam deyir ki, beləliklə "xarici medianın Liviyadakı vəziyyət haqda yanlış məlumatlar yaymasının qarşısını almağa" çalışır.

Banklar da açılıb, onların qarşısında uzun növbələr var

Qaddafi hakimiyyəti adamlara pul paylamağa da başlayıb. Liviya lideri söz verib ki, hər ailəyə 400 dollar veriləcək.

Amma ölkədə qiymətlər də rekord həddə qalxıb.

Düyü 500 faiz bahalaşıb, indi kilosu təxminən 8 dollaradır.

Hələ ki Qaddafi rejimi 2 milyonluq Tripolini əsasən nəzarətdə saxlayır.
Hillari Klinton

Şərq bölgələrinə nəzarət edən müxalifət bir sıra bazaları ələ keçirsə və bir çox hərbi hissələrin heyəti onların tərəfinə keçsə də, hələ də pərakəndə şəkildə hərəkət edirlər.

Qaddafinin ətrafında toplaşanlar isə daha yaxşı təşkilatlanıb. Onları silah-sursatı da yetərincədir.

Digər tərəfdən Qaddafinin Afrika ölkələrindən muzdlu döyüşçülər gətirilməkdə davam etməsi haqda xəbərlər var.

Seyf-əl İslam isə öz tərəfdarları qarşısında çıxışında üsyançılara qarşı hücuma çağırıb.(VİDEOYA BURADA BAX)
XS
SM
MD
LG