Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 01:00

Qəddafiyə qarşı daha bir cümə etirazı


Benqazidə Qəddafiyə qarşı etirazlar. 2 mart 2011
Benqazidə Qəddafiyə qarşı etirazlar. 2 mart 2011
Liviya lideri Müəmmər Qəddafiyə sadiq qüvvələr martın 4-də paytaxt Tripolidə təşkil edilmiş kütləvi aksiyaları dağıtmaq üçün gözyaşardıcı qaz və odlu silahdan istifadə ediblər.

Cümə namazından sonra yüzlərlə sakin paytaxtın Tacura rayonunda küçələrə çıxıblar və hökumət əkeyhinə şüarlar səsləndiriblər.

Şüarlardan biri də belə olub:

“Qəddafi Allahın düşmənidir!”

Onlar Qəddafinin portretlərini cırıblar, boyayla divarlara onun əleyhinə şüarlar yazıblar.

Aksiya başlayandan az sonra jurnalistlər ərazidən zorla çıxarılıb və təhlükəsizlik qüvvələri odlu silahdan atəş açmağa başlayıblar.

Onların havaya, yoxsa kütləyə atəş açdıqları hələ ki dəqiq bilinmir.
“Mən qorxmuram” – deyə nümayişçilərdən biri – 29 yaşlı gənc Associated Press agentliyinə bildirib.

“Mən bilirəm ki, aramızda çoxlu casuslar var. Amma biz bütün dünyaya göstərmək istəyirik ki, heç kimdən qormuruq. Nə polisdən, nə də ordudan”.

Amma həmin gənc adının çəkilməsini istəməyib.

Aksiyanın qarşısını almaq üçün təhlükəsizlik qüvvələri Tacura rayonuna gedən bir çox yolları tanklarla bağlayıblar və postlar qurublar.

Rayona buraxılan maşınları içində, yük yerində axtarış aparıblar.

Üsyançılar Qəddafi tərəfində vuruşduğu deyilən muzdlunu tutublar. Breqa şəhəri yaxınlığında çəkilmiş foto, 3 mart 2011
Qəddafi tərəfdarları

Tripolidə xarici jurnalistləri də oteldən bayıra buraxmayıblar

Jurnalistlər şəhərdə cümə namazından sonra Qəddafiyə qarşı gözlənilən etirazları işıqlandırmaq istəyirdilər.

Liviya hökumətinin sözçüsü buna belə izahat verib: 130 jurnalist Rixos otelindən ona görə buraxılmayıb ki, “jurnalistlərin iştirakı Əl-Qaidə özəklərinin zorakılıq törətmələrinə yol aça bilər”.

MaraqlIdır ki, Qəddafi xarici jurnalistləri bu adla Triployə dəvət etmişdi: “Paytaxtda heç bir etiraz-filan yoxdu, gəlin özünüz görün”.

Keçən həftə hökumət əleyhinə etirazların baş verdiyi paytaxtın 2 rayonu Qəddafi qüvvələrinin ciddi nəzarət altına alınıb.

Feşlum və Tacura rayonlarında yaşayanların bəziləri deyir ki, polis ötən nümayişlərdə çəkilmiş və yayılmış şəkillərdən istifadə edir - nümayişçilərin kimliyini müəyyən etməyə, onları cəzalandırmağa çalışırlar.

Sakinlər güman edir ki, bəzi

gənclərin qəfil yoxa çıxması məhz gizli polisin fəaliyyətinin nəticəsi ola bilər

Liviya lideri Müəmmər Qəddafiyə yaxın qüvvələr həm də Əcdəbiyə şəhəri yaxınlığında üsyançıların mövqelərini bombalayıblar. Ölkənin şərqində strateji sahil zolağı və neft ixracı terminallarına nəzarət uğrunda savaş davam edir.

Müxalifət qüvvələri bildirirlər ki, bombardman nəticəsində elə bir ciddi dağıntı, ölən, yaralanan olmayıb.

Müəmmər Qəddafi, 2 mart 2011
Amma belə reydlər antiqəddafi qüvvələri arasında gərginliyi də artırır.

Ölkənin başqa bölgələrindən Əcdəbiyə şəhərinə yüzlərlə könüllü gələrək müxalifət qüvvələrinə qoşulurlar və şəhərin müdafiəsini gücləndirirlər.

Liviyanın neft ixrac edən qurğularının 80 faizi indi üsyançıların əlindədir.

Üsyançılar Əcdəbiyə və Breqa şəhərində hökumət qüvvələrinin hücumlarını dəf etsələr də, bəzi hərbi ekspertlər bildirirlər ki, üsyançıların özlərinin paytaxt Tripoliyə hücuma keçmələri üçün yetərincə texnikası, silah-sursatı yoxdu.

Bu arada yayılan məlumata görə, axır 2 həftədə yüz minəcən adam Liviyadan Tunisə qaçıb.

Qaçqınlar BMT-nin yaratdıqları çadır şəhərciklərində məskunlaşıblar.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Melissa Fleminq deyib ki, axır günlərdə axın azalıb və onlar ehtiyat edirlər ki, hökumət qüvvələri bunun qarşısını alır.

Hazırda hökumət qüvvələri öz qoşun hissələrinə əsgər yığırlar

Amerika prezidenti Obama isə deyib ki, hazırkı böhranlı vəziyyət Liviyada uzun və qanlı vətəndaş müharibəsinə aparıb çıxara bilər.

“Əgər hadisələr humanitar böhranla nəticələnsə, Amerika Birləşmiş Ştatlarının dərhal hərəkətə keçmək potensialı var”.

Obama həmçinin Qəddafini istefa verməyə çağırıb.

Prezident xatırladıb ki, əgər ordu komandirləri dinc əhaliyə hücumları davam etdirsələr, insanlığa qarşı cinayətlərdə günahlandırıla bilərlər.
XS
SM
MD
LG