Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:24

Azərbaycan Avropaya narkotik daşıyanlar üçün getdikcə daha cəlbedici olur


Kabulda narkomanlar, 20 dekabr 2010
Kabulda narkomanlar, 20 dekabr 2010
ABŞ Dövlət Departamenti dünyada narkotik maddələrin istehsalı və onun mübarizənin vəziyyətinə dair hesabat yayıb. Martın 3-də yayılan hesabatın Azərbaycana aid hissəsində qeyd edilir ki, narkotiklərin Azərbaycan ərazisi ilə daşınması hələ də ciddi problem olaraq qalır. Sənədə görə Azərbaycan Əfqanıstan və İrandan Avropa və Rusiyaya narkotik vasitələr daşınan vacib yollardan birinin üzərində yerləşir. İldən-ilə də narkotik tacirləri üçün Azərbaycanın əhəmiyyəti artır. Çünki Türkiyə və Gürcüstanda sərhəd rejimi gücləndirilir.

Hesabata görə Əfqanıstandan Azərbaycana uyuşdurucu maddələr əsasən üç yolla daxil olur: Mərkəzi Asiyadan Xəzər Dənizi vasitəsilə, İrandan ölkənin cənubuna və hələ də münaqişə davam edən nəzarət edə bilmədiyi ərazilər ərazilər vasitəsilə: “ilkin ehtimallara görə ildə Azərbaycan ərazisi ilə 11 metrik ton heroin keçirilir. Bunun da çoxu Azərbaycana İrandan ötürülür.”

Sənədə görə, narkotik ticarətinin yolu üstündə olmasına baxmayaraq, Azərbaycanın özündə bu maddələrdən istifadə səviyyəsi o qədər də yüksək deyil. Cəmiyyətdə icmaların buna müqaviməti narkotiklərdən geniş istifadə edilməsinə mane olur. Amma sənədə görə ölkə həbsxanalarda məhbusların narkotikləri əldə etmə və ondan istifadə səviyyəsi narahatlığa əsas verir.

Azərbaycanın ərazisində həşiş, opium kimi narkotiklərin becərilməsi o qədər də geniş yayılmasa da var.

Sənəddə həmçinin qeyd edilir ki, Azərbaycan Sənubi Qafqazda BMT-nin Narkotiklərlə Mübarizə Konvensiyasına qoşulan ilk ölkə olub. Regionda narkotik qaçaqçılığı ilə mübarizə aparan ilk xüsusi polis dəstəsi yaradıb.

Hesabatda həmçinin qeyd olunur ki, Azərbaycan dövləti narkotiklərin tranzitinə qarşı mübarizə aparır. Amma təəsüf ki, hökumətdə, hüquq-mühafizə orqanlarında mövcud olan korrupsiya bu sahədə də ciddi narahtlıq mənbəyi olaraq qalır: “Hüquq-mühafizə prqanlarının narkotiklərlə mübarizə aparan idarələrində səviyyəsi bir qədər aşağı olsa da korrupsiya Azərbaycan cəmiyyətinin əksər sahələrində oturuşmuş haldır” – deyə sənəddə yazılır.
XS
SM
MD
LG