Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:33

Sevinc Pərvanə. Atamın xatirəsinə, Mənim sirrim

















Atamın xatirəsinə

Oğraşın yekəsi kimi görünə bilər atam…
hər gecə eşşəkcə içib evə döndüyünə görə…
Qazandığı qəpik quruşu
arağa verib içdiyinə
ailəsini ac qoyduğuna görə
səhəri anamı pul dalınca göndərdiyinə görə…
gözümün önündə anamı zorlamağa cəhd etdiyinə görə…
Mən onu sevmirəm
sevsəydim böyük olardım
məndə elə ürək hanı onun kimisini sevməyə…
oysa çox şey öyrətdi mənə atam…
təhqir olunmuş insanlarla bir cərgədə dura bilməyi…
bar qızları qədər söyülməyi…
«qəhbəsən, onsuz da səni mütləq düzəldəcəklər»
dediyində
giziltili bir duyğu keçdiyini demirəm hələ içimdən…
Sərxoş döndüyü gecələrdə
məni səhv saldığı da olurdu anamla…
güclə ayırardı anam onu məndən…
mən özümü zorlamağı
özümlə sevişməyi sevirdim həyatımdakı ilk kişiyə qədər…
Bir dəfə anam,
cinsiyyət orqanıma çəngəl soxmaq istərkən
yaxalamışdı məni…
yorğanın altındaca balaca əllərimin
harada titrədiyini sezmişdi qadın...
çox şey öyrətdi mənə atam...
gördüyüm ilk kişi o idi
məni çılpaq görən ilk kişi də o…
onunla çimməksə
ən gözəl əyləncə idi mənimçün balacalığımda,
azadlığı sevdim onun kimi…
Bir az da xəyanətkar olmağı öyrəndim ondan…
sabahlara qədər içdiyim oldu…
sevdiyim kişi ölüncə döyüb məni
sonra hirsindən ağladığında onu xatırladım…
O da beləcə sevərdi anamı…
sevmədiyim nəyi varsa atamın
sevdiyim kişidə arayıram niyə bilmirəm…
Allahdan da xəbərsiz
sevdiyim kişinin yatağına girəndə
hər dəfə atamdan qisas aldığımı düşünərək
iki qat həzz alıram…
ona xəyanət edirəm elə bil
və sevə bilmədiyim üçün onu
özümü qınamıram…
Oysa çox şey öyrətdi mənə atam…
başqa atalar da övladlarına nəysə öyrədir bilirəm…
amma mən daha gözəl şeylər öyrəndim…
onu sevməkdən başqa
etiraf edim ki oğraş atamı heç vaxt
dünyadakı heç bir
qalstuklu şoferli portfelli ataya dəyişməzdim…
çıxardığım it oyunlarını isə
ütülü kostyumlarına yekə qarınlarına…
bircə onu sevə bilmək üçün ürək qoysaydı məndə
Dözməmiş ərimiş kiçilmiş ürəklə
onu anlamaqda sevməkdə gecikmişəm…


Mənim sirrim

Oxucularımın ən uğurlu saydığı şerlər
unitazada oturarkən ağlıma gələnlərdir,
bəlkə də ancaq onda
Allahdan və bəndələrdən qaçıb
özümla qaldığıma görəydi bu;
bədəndə gedən bütün fiziki proseslər
məsələn sancılar,
çox şeyi unutdurur;
ya da özümlə darıxdığıma görəydi, bilmirəm.
Ancaq indi bu mənim
qələm dəftər götürüb
unitazda oturarkən yazdığım
ilk ən uğursuz şerimdi.
Bir dəfə məktəb yarışmalarının birində
mən unitazda oturub kitab oxuyan
yaşlı kişi heykəlciyi qazanmışdım;
o zaman ona baxıb «bambılıdır!» demişdim…

Alatoran, 2004
XS
SM
MD
LG