Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 02:47

Saakaşvili Belarus prezidentini niyə təbrik edib?


Mixeil Saakaşvili
Mixeil Saakaşvili
Gürcüstan prezidenti Mixeil Saakaşvilinin «The New Times» qəzetinə müsahibəsi.

- Cənab prezident, mayın 25-dən 26-na keçən gecə mitinqin dağıdılması ağır təəssürat doğurub. Deyin, müxalifətlə qəddar davranmağa nə lüzum vardı?

- Qəddar? Mən hesab etmirəm ki, qəddar davranılıb. Qəddar olan sonradan baş verənlər idi, adamların ölümü idi. Polislərin hərəkətləri isə adekvat idi. Biz o adamlarla üz-üzəydik ki, zorakılıq istəyirdilər. Hansısa tərəf zorakılıq istəyirsə, onu pampersə bürüyüb sakitcə uzaqlaşdırmalıyıq? Yox. Həmin gecə mən Barselonada və İngiltərədə «Barselona» azarkeşlərini dağıdılmasına baxırdım – onların polisinin hərəkətləri qat-qat qəddar idi. Əslində, mən polisin hərəkətindən indi daha çox razıyam, nəinki üç il əvvəl.

- Siz 2007-ci ili deyirsiz?
- Bəli, bəli. İndi daha peşəkar hərəkət edib. Düşünürəm ki, bir-iki ildən sonra daha da peşəkarlaşacaqlar: biz onları daim məşq etdiririk. Bütün bunları sifariş edənlərsə - mən bilmirəm FSB-dən başqa kim bunu planlaşdırır – postsovet məkanındakı demokratlarda şok yaratmağı düşünürdülər. Bütün bunlar televiziya görüntüsünə hesablanmışdı. Onlar (sifarişçilər) nəticə əldə etdilər, necə istəyirdilərsə. Amma düşünürəm, biz də nəticə əldə etdik: bu, Gürcüstanda küçə siyasətinin sonudur.
- Adamları bu cür döymək lazımı idimi, mən videoçarxlardakı kadrlara əsasən mühakimə yürüdürəm? Adamlar xəstəxanalara düşdülər.
- Xəstəxanalarda nümayişçilər arasında bircə nəfər də ciddi xəsarət alan yoxdur. Çox ciddi xəsarət almış iki polis var. Kadrlarda görünür ki, bu niyə baş verib. Onlara (müxalifətçilərə) başqa yerə, istənilən başqa yerə getməyi təklif ediblər. Şəhər qırağındakı ippodroma və ya aeroporta getməyi deməmişdik, şəhər mərkəzindəki istənilən yerə.
Polis müxalifətin 26 may aksiyasını dağıdır
Lap prezident sarayının qarşısına. Ancaq ordunun (Müstəqillik Günü münasibətilə paradda) keçəcəyi yerdən bir qədər uzağa. Onlar qəsdən istəyirdilər ki, toqquşma olsun. Bu da təsadüfi deyildi. Qərb demokratiyası nədir? Proseduradır. İndi bütün proseduralara son ana qədər əməl edilmişdi – heç olmasa, bir təhər kompromis tapmaq üçün. Ona görə də Gürcüstanda akkreditə olmuş bütün səfirlər (ABŞ, Böyük Britaniya və Avropa Birliyinin bəzi ölkələri) bəyan etdilər ki, bizim hərəkətimiz qanuni idi. Yeri düşmüşkən, mən də bunu qiymətləndirdim. Adətən onlar bizi kəskin tənqid edirdilər. Əlbəttə, nəsə baş veribsə, Siz dediyiniz kimi, bunu araşdırmaq lazımdır. Mənə şəxsən əlbəttə, bu kadrlara baxmaq xoş deyildi.

- Siz postsovet məkanındakı demokratlarda şok yaratmaqdan danışdız. 19 dekabrda Minskdə baş verənlərdən sonra Sizin təkrar prezident seçilmiş Aleksandr Lukaşenkonu təbrik etməyiniz az şok yaratmadı...
- Situasiya çox sadədir. Hamı Putinə və Medvedevə təbrik göndərirdi, onlar seçiləndə. Mən hesab etmirəm ki, Rusiya Belarusdan nəyisə daha yaxşı edir. Əksinə, mən düşünürəm ki, qlobal baxanda, Rusiya bəzi şeyləri daha sərt edir. Bir ölkədə ki, Kadırov ola və onu hər yerdə qəbul etsinlər, o halda nədənsə danışmaq çətindir. Təbii ki, bizim öz geosiyasi prioritetlərimiz var. Biz balaca ölkəyik, hesab edirik ki, öz maraqlarımıza uyğun davranmalıyıq. Bütün ölkələrin müəyyən çərçivələri var ki, ondan çıxa bilmirlər. Bizim də öz çərçivəmiz var. Biz daha qüdrətli ölkə olsaydıq, yəqin başqa cür davranardıq. Amma indi Gürcüstandan Çindən ya da Hindistandan tələb edə bilmədiklərini tələb etmək lazım deyil.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

GÜRCÜSTAN MÜSTƏQİLLİYİNİ QARŞIDURMA İLƏ QEYD ETDİ
XS
SM
MD
LG