Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:00

Türkmənistanda ən böyük silah anbarı partlayıb


Türkmənistanın Abadan şəhərində olan ən böyük hərbi silah anbarında partlayış olub. Partlayış dağıntılara və əhalinin evakuasiyasına səbəb olub. Bu barədə AzadlıqRadiosunun Türkmən xidməti məlumat verib.

Partlayış silah anbarının yaxınlığında yerləşən evləri və binaları da zədələyib.
Abadan paytaxt Aşqabaddan 20 km şərqdə yerləşir, 50 min əhalisi var.

AzadlıqRadiosuna bəzi mənbələrdən bildirilib ki, partlayış zamanı əsgərlər və sakinlər arasında yaralananlar olub.

Şahidlərin bildirdiklərinə görə, hadisə yerində polislər, hərbçilər, yanğınsöndürənlər var, amma silah anbarında partlayış davam edib. Onların sözlərinə görə, minlərlə şakin şəhər qırağına çıxarılıb.

Məlumatlara görə, Abadandakı qara tüstü hətta Aşqabadda da görünüb.
XS
SM
MD
LG