Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:52

Əli Kərim. Qış günündə


Şaxta
sazaq...
Maşın tərpənmir yerindən.
Şofer əllərini
hirsli-hirsli
yanlarına çırpır.
- Benzini az götürmüşdüm,
deyir mən.
Yığırıq çır-çırpı
bir ocaq çatmaq üçün.
Ocaq alışmır.
Şofer əlyazmalarıma baxır
gözucu.
Çıxarıram bir-bir:
bu ballada,
bu şeir,
bu epiqram.
Kibritin titrəyən
alovun altına atıram.
Bircə şeirim qalır ki,
Heç onu yandıracağımız kimi,
çap etdirməyi də
fikirləşməmişəm.
Gözümdə qaralır aləm,
Ocaq istəyir alışsın,
İstəyir alışmasın.
İstəyir məftil kimi
damarlarımda
bərkisin qanım.
İstəyir şaxtada yanım,
Vermərəm o şeirimi.
Vermərəm könlümün
müqəddəs guşəsindən
bəzi şeirləri
verməyəcəyim kimi.
Qəmlənirəm bu ara.
şaxta redaktorun
yandırdığı soyuq sözündən sonra.
Bildim ki insan nə qədər yanılarmış.
O qədər yazı içində
bircə şeirim varmış.
XS
SM
MD
LG