Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:32

Rusiyada abortla bağlı etirazlar güclənir


Arxiv foto
Arxiv foto
DÖVLƏTLƏ DİNDARIN BİRGƏ MARAĞI

Provoslav keşiş Maksim Obuxov (Maksim ata) abort əleyhinə kampaniyaya hələ 18 il əvvəl başlayıb. O zamanlar küçədə abort əleyhinə vərəqələr paylayanda yoldan ötənlər buna etinasız yanaşırdılar.

Ancaq abort sayına görə, irəlidə gedən ölkələrdən biri olan Rusiyada Obuxov usanmadan apardığı işdə az da olsa uğur qazanıb.

Prezident Dmitri Medvedyev ötən həftə qanun imzalayıb: abortla bağlı reklam elanı verənlər hamiləliyi yarıda kəsməyin sağlamlıq üçün riskləri haqda da xəbərdarlıq etməlidirlər.

Qanun Rusiyada abortun məhdudlaşdırılması yönündə ilk addım kimi dəyərləndirilir. İndiyə kimi hamiləliyi ilk üç ayadək (12 həftəlik) yarıda kəsmək qanunən mümkün idi.

Maksim Obuxov deyir ki, yeni qanunu alqışlayır, amma abort reklamının birdəfəlik yığışdırılmasının tərəfdarıdır.

SOVETDƏN QALMA ƏNƏNƏ

Sovet İttifaqınını daha bir mirası - abort mədəniyyəti Rusiyada hələ də qalmaqdadır. Abortdan bu ölkədə geniş istifadə olunurdu. Çünki kontrasepsiya (hamiləlikdən qorunmaq üçün vasitələr) mümkün deyildi, seksual tərbiyə minimal idi.

Levada Mərkəzinin apardığı sorğunun nəticələrinə görə, yaşı 55-dən yuxarı olan qadınların 61 faizi aborta gedib.

QADINLAR ƏRLƏRİNDƏN İCAZƏ ALMALIDIRLAR

Prezident Dmitri Medvedyev ötən həftə qanun imzalayıb
Dövlət Dumasında qanuna əlavələr edilə bilər. Məsələn, dövlət xəstəxanalarında azad abort məsələsinə yenidən baxıla, «dərmandan sonrakı səhər»in (arzuolunmaz hamiləlikdən qorunmaq üçün vasitələr) reseptsiz verilməsinə qadağa qoyula bilər. Və ya abort müraciətindən sonra qadına bir həftə götür-qoy üçün möhlət verilə bilər. Başqa bir təklif də var: abort üçün qadınlar ərlərindən icazə almalıdırlar, azyaşlılar isə valideynlərindən.

Bu qanuna dirçəlməkdə olan, son on ildə nüfuzu kəskin artan Pravoslav Kilsəsi lobbiçilik edir.

«ABORTLARI 30-ca FAZİ AŞAĞI SALA BİLSƏK …»

Rusiyada demoqrafik böhran davam edir. Sovetlər Birliyinin süqutundan sonra burda doğum çox aşağı düşüb. Bu da hökuməti vadar edir ki, abortu məhdudlaşdırmaq üzərundə düşünsün.

Rusiya əhalisi indi 141 milyondir.

Səhiyyə Nazirliyinin məlumatına görə, 2009-cu ildə təxminən 1,3 milyona yaxın abort qeydə alınıb.

İqor Beloborodov Demoqrafik Elmi Tədqiqat İnstitutunun rəhbəridir . O Maksim Obuxovun «Həyat Naminə» qrupu ilə sıx əlaqədə işləyir.

Beloborodov deyir ki, abortların cüzi də olsa azalması, tendensiyanı tam dəyişə bilər:
«Bu gün abortu hətta 30-ca faiz aşağı sala bilsək sonra əhalinin real itkiləri əvəzinə nəzərə çarpacaq artım görə bilərik».

Arxiv foto
RUS FEMİNİSTLƏR ETİRAZ EDİRLƏR

Abortun məhdudlaşdırılması Rusiyada yeni yaranan feminist hərəkatını isə qıcıqlandırıb.

Rus feministlər də qərbli həmfikirləri kimi reproduktiv sağlamlıq məsələsinə qadın azadlıqlarının pozulmazsı kimi baxırlar.

Üstəlik bir qorxu da var - abortun məhdudlaşdırılması tənzimlənməyən qara bazara meydan verəcək.

40 yaşlarında olan, moskvalı, yaxınlarda «Feminizm üçün» qrupunu yaradan Nataliya Bitten abort reklamına məhdudiyyətləri ikiüzlülük adlandırır. Və bu addımın «dezinformasiya əsasında» atıldığını deyir:

«Tibbi abort xüsusi müəssisədə həkimlər tərəfindən gerçəkləşdirilir və bu, təhlükəsizdir. Əgər bu adamlar bütün informasiyani deməyə və əməliyyatın fəasdlarını sadalamağa borcludurlarsa, o zaman gözəl bir yol tapılır. Bu onlara həm də imkan verəcək desinlər ki, uşağ doğmaq daha böyük təhlükədir, nəinki məsələn, abort».

Britten onu da deyir ki, abortun məhdudlaşdırılması Rusiyada demoqrafik süquta aparar. O yada salır ki, Polşa abortları qadağan edəndə bu doğumu atırmadı, bu gün Polşada doğum Rusiyadan da azdır.

«MOYE TELO, MOYE DELO»

Qadın hüquqularının müdafiəçiləri deyirlər ki, Rusiyada doğumun azalması sosial-iqtisadi şəraitin, bundan başqa kişilərin ömürlərinin həddən artıq az olması və Rusiyadakı yeni emiqrasiya dalğasının nəticəsidir.

Son hadisələr Rusiyadakı hələ zəif olan feministləri birləşdirir.

Axır həftələrdə Sankt-Petreburq abort əleyhinə və lehinə mitinqlərə şahid olub. Ordakı şüarlardan biri belədir: «Moye Telo, Moye Delo». Yəni: «Mənim bədənim, mənim öz işimdir».

RUS QADINLARI QAPAZALTI OLACAQLAR?

Qanunla bağlı bir məqam qadınlarda daha çox məyusluq yaradıb. Söhbət qadınların ərlərindən, yeniyetmələrinsə abort üçün valideynlərindən icazə almasından gedir.

Bəziləri düşünür ki, abortun məhdudlaşdırılması cəmiyyətdə qadının statusunu daha da azaldır və qurbana çevirir. Qadın zorakılığı ilə mübarizə aparan ANNA mərkəzinin rəhbəri Andrey Sinelnikov:

«Bizim təcrübəmizdə elə hadisələr var ki, qadına abortu qadağan ediblər, nəticədə ailədə zorakılıqla üzləşiblər. Əgər bu qanun layihəsini qəbul etsələr, bu qadınları əlbət ki, daha çıxılmaz hala salacaq, onların öz bədənləri ilə bağlı qərar vermək hüquqları olmayacaq».

Ailədə zorakılıq Rusiyada böyük problemdir, təxminən ildə 15 min can aparır.
Rusiyada kiçik qadın hüquqları hərəkatı hakimiyyətə təsir gücünə malik deyil. Əksinə Pravoslav kilsəsi belə gücə sahibdir və aborta tam qadağa qoyulmasını istəyir.
XS
SM
MD
LG