Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 20:34

Həmkarlar İttifaqları Konfederasiyası xarici şirkətləri qanuna tabe olmamaqda ittiham edir


Foto: Arxiv
Foto: Arxiv
Azərbaycanda son bir neçə ildə xarici şirkətlər tərəfindən Azərbaycanın atributlarına hörmətsizlik, Əmək Məcəlləsinin tələblərinin pozulması kimi böyük problemlər yaşanıb.

Bu barədə jurnalistlərə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədr müavini Aqil Dadaşov bildirib.

«Biz «McDonalds» restoranlar şəbəkəsində həmkarlar təşkilatı yaratmışdıq və 70-dən çox üzvü var idi. Lakin restoran rəhbərliyi işçilər qarşısında tələb qoyub ki, Həmkarlar İttifaqından imtina etsinlər. Biz hazırda restoran rəhbərliyi ilə məhkəmə çəkişməsindəyik» - A.Dadaşov əlavə edib.

«Coca-Cola», «Pepsi-Cola» kimi transmilli kompaniyalarda da həmkarlar ittifaqı yaratmaq mümkün olmayıb. A.Dadaşovun fikrincə, xarici şirkətlərdə işçilərin Həmkarlar İttifaqlarına qoşulmamasının səbəbi ondan ibarətdir ki, həmin şirkətlərdə əməkhaqqı yerli təşkilatlarla müqayisədə yüksəkdir və işçilər üçün müəyyən şərait yaradılıb:

«Lakin xarici şirkətlərdə işçilərin məzuniyyətdən istifadə etmək hüququ pozulur və onlara Azərbaycan qanunvericiliyində nəzərdə tutulan qədər məzuniyyət verilmir».

A.Dadaşov xarici şirkətlərdə Azərbaycanın milli bayramlarında işçilərin bəzən istirahətdən məhrum edildiyini də bildirib:

«Bir sıra hallarda isə əməkhaqqı düzgün hesablanmır. Yəni gecə növbətçiliyi və ya uzadılmış iş rejiminə görə əməkhaqqı düzgün hesablanmır». /Trend/
XS
SM
MD
LG