Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:05

Vəkil hakimi istintaqın hərəkətini malalamaqda günahlandırdı...


İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası gözləyir.
Avqustun 27-də Nəsimi rayon Məhkəməsində 2 aprel aksiyaçılarından 4 nəfərin - Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi QuliyevRüfət Hacıbəylinin məhkəmə prosesi şahid ifadələri ilə davam etdi.

Məhkəmə iclası başlayan kimi vəkil Elçin Namazov avqustun 22-də keçirilmiş iclasın protokolu ilə tanış olmaq üçün vəsatət qaldırdı. Vəsatət təmin olunmadı.

Bundan sonra vəkil Osman Kazımov həmkarı Xalid Bağırovun vəkillik fəaliyyətinin 1 illik dayandırılması ilə bağlı Kollegiyanın çıxardığı qərarı onlara təzyiq kimi qiymətləndirdi. Bildirdi ki, bu cür təzyiqlər altında vəkillər işləyə bilməz.

Məhkəmə vəkil Elçin Namazovun Rüfət Hacıbəyli haqqındakı həbs-qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verdiyi vəsatəti də əsassız saydı. Bundan sonra Elçin Namazov hakimə etirazını təqdim etdi. Həmin etirazda vəkil məhkəmənin ədalətsiz davam etdiyini, etiraz və vəsatətlərin təmin olunmadığını bildirirdi. Vəkil bütün bunları işin siyasi motivli olması ilə əlaqələndirdi. Hakim bu etirazı baxılmamış saxladı.

«HÖKUMƏT İSTEFA VERSİN DEMƏK İĞTİŞAŞA ÇAĞIRIŞDIR?»

Sonra şahid qismində Nəsimi rayon Polis İdarəsinin xidmət üzrə baş inspektoru Namus Atakişiyev ifadə verdi. Şahid bildirdi ki, aprelin 2-də keçirilmiş aksiyada 50-60 nəfər gənc hökumət əleyhinə «Azadlıq!», «İstefa!» şüarları qışqıra-qışqıra Nəsiminin heykəli yanına yaxınlaşdılar:

«Hay-küy salırdılar, nəqliyyatın hərəkətinə, adamların istirahətinə mane olurdular, iğtişaşa çağırırdılar. Aralarında 5-6 nəfər daha fəal idi. Onlardan biri isə yaxınlıqdakı aptekin şüşəsinə nəsə atıb qaçdı. Biz onu tuta bilmədik».

Şahid həmin şəxsin Elnur Məcidli olduğunu bildirdi.

Vəkil Osman Kazımov şahiddən soruşdu ki, mitinqçilər hökumət əleyhinə iğtişaşa çağırıb nə deyirdilər?

Hakim
Şahid:

- «Azadlıq!», «İstefa!» deyirdilər. Deyirdilər ki, hökumət, dövlət istefa versin.

Vəkil:

– «Hökumət istefa versin» demək iğtişaşa çağırışdır?

Onun bu sualına cavab verilməsinə hakim imkan vermədi.

«İSTİNTAQIN HƏRƏKƏTLƏRİNİ MALALAMAQ»

Daha sonra vəkil Elçin Namazovla hakim Şahin Abdullayev arasında mübahisə oldu. Vəkil hakimi «istintaqın hərəkətlərini malalamaqda» ittiham etdi. Hakim isə ona xəbərdarlıq etdi.

Vəkil Yalçın İmanov isə şahid Namus Atakişiyevdən soruşdu ki, aksiyaçılar hay-küy salıb nə edirdilər?

VƏTƏNDAŞLARIN MƏNƏVİYYAT HÜQUQUNUN POZULMASI

Şahid:

– Həyəcanlı, çılğın, aqressiv idilər.

Vəkil:

- Həyəcanlı, çılğın, aqressiv olmaq ictimai asayişi pozur?

Şahid:

- Vətəndaşların mənəviyyat hüququnu pozur.

Məhkəmədə hazırda fasilə elan olunub.

Əhəd Məmmədli, Elnur Məcidli, Ülvi Quliyev və Rüfət Hacıbəyli ictimai asayişi pozmaqda və hakimiyyət nümayəndələrinə müqavimət göstərməkdə ittiham olunurlar. İttiham təsdiqlənərsə, onları 3 ilə qədər həbs cəzası
Elçin Namazov
gözləyir.

VƏKİL PROSESDƏN UZAQLAŞDIRILDI

Fasilədən sonra hakim Şahin Abdullayev vəkil Elçin Namazovun məhkəmədən kənarlaşdırılması haqqında qərarını elan etdi. Qərarda bildirilirdi ki, E.Namazov haqqında məhkəməyə hörmətsizlik ittihamı ilə cinayət işinin başlanması ilə əlaqədar prokurorluğa məlumat veriləcək. Bundan başqa, onun Vəkillər Kollegiyasından uzaqlaşdırılması üçün bu quruma müraciət olunacaq.

Vəkil Elçin Namazov AzadlıqRadiosuna bildirib ki, bu, çoxdan planlaşdırılan bir işdir:

«Bunu eləmək üçün mənə davamlı xəbərdarlıqlar olunurdu. Ən çox vəsatətləri mən verirəm, hər iclasda etiraz verirəm. Mən hakimdən qərarı istəyəndə isə hakim dedi ki, prokurorluqdan alarsan».

Məhkəmə prosesi sentyabrın 2-ə qədər təxirə salınıb.

MÖVZU İLƏ ƏLAQƏDAR OXU

ATƏT 2 aprel aksiyaçılarının məhkum olunmasından narahatdır

2 aprel mitinqi iştirakçıları 1.5 ildən 3 ilə qədər azadlıqdan məhrum edildi
Şahid Əhəd Məmmədlinin polis maşınına tüpürdüyünü deyir
XS
SM
MD
LG