Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 04:52

Urmiya və Təbrizdən həbslər haqda xəbərlər gəlir



“Təbrizdə və Urmiyada avqustun 27-də keçirilən aksiyalar zamanı geniş həbslər aparılıb. Həbsdə olanların sayının yüzdən artıq olduğu haqqında məlumatlar var. Onların arasında qadın da var: Təbrizdə Ruqəyya Həsənzadəni həbs ediblər”.

İranda Azərbaycanlı Siyasi Məhbsuların Müdafiə Assosasiyasının sözçüsü Vahid Qaradağlı AzadlıqRadiosuna belə deyib. O, Ərdəbildə də həbslər aparıldığını deyir:

“Ərdəbildə tanınmış hüquq fəalı Abbas Lisaninin mağazasına ETTELAT nümayəndələri gedib. Orda iki fəal saxlanıb: Rəhim Qulami və Məhəmməd Bədəli. Abbas Qulamini saxlamaq istəyəndə müqavimət göstərib. Hələlik son durumla bağlı məlumat yoxdur. Ərdəbildə Mehdi Qulami də həbs olunub. Yaralıların olması dəqiqdir. Onlar yardım üçün xəstəxanalara da müraciət ediblər”.

Vahid Qaradağlı deyir ki, son hadisələrlə bağlı beynəlxalq qurumlara müraciət edəcəklər.

“Bu, həbslər qanunsuzdur. Aksiya iştirakçıları mədəni şəkildə etirazlarını bildiriblər. Urmiya gölü quruyur və bu təhlükəlidir. İnsanların haqqıdır ki, buna etirazlarını bildirsinlər. Saxlananlar dərhal azadlığa buraxılmalıdırlar. Biz çalışacağıq ki, onların vəziyyəti haqda məlumatları beynəlxalq qurumlara çatdıraq”.



Avqustun 27-də İranda Urmiya və Təbriz şəhərlərində azərbaycanlı milli fəallar kütləvi etiraz aksiyaları keçiriblər. Küçələrə axışan adamlar Urmiya gölünün qurumasının qarşısını almaq üçün hökumətin heç bir tədbir görməməsinə, milli azadlıqlar tələb edənlərin həbsə atılmasına etiraz ediblər. İnsan haqları qrupları hüqu-mühafizə orqanları ilə toqquşmalar olduğunu xəbər verirlər. Amma hələlik saxlananlar haqqında ətraflı məliumatlar yoxdur.

GünAz TV-nin məlumatına görə təhlükəsizlik qüvvələri ilə toqquşmalarda çox sayda yatralı və saxlananlar var.

Telekanal bəzi hallarda polisin Urmiya və Təbriz şəhərlərində gözyaşardan qazdan istifadə etdiyini, əksər ticarət mərkəzlərində işin dayandığını bildirir.

Avqustun 24-ü və 25-də də Təbrizdə 30-dan artıq milli fəal həbs olunub. Azərbaycanlı fəallar Mustafa və Murtaza Əvəzpur qardaşlarının açdıqları iftar süfrəsinə toplaşıblarmış.

Avqustun 25-də isə «Traktorsazi»nin Təbrizdəki oyununu izləyən daha bir neçə milli fəal da həbs olunub. Ərdəbildə də bir neçə fəalın saxlanması barədə məlumat var.










XS
SM
MD
LG