Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:40

Yaroslavlın Lokomotiv komandası qəzada həlak olub


Rusiyadakı təyyarə qəzasında 43 nəfər həlak olub
Gözlə

No media source currently available

0:00 0:00:37 0:00

AP agentliyinin yaydığı həvəskar görüntülər Yak-42 təyyarəsinin düşdüyü yerdən çəkilib. Təyyarə Lokomotiv Yaroslavl xokkey komandasını Minskə, Kontinental Xokkey Liqasının oyununa aparırdı. Həlak olanlar arasında 8 xarici ölkədən olan idman ulduzları və m

Rusiyanın Yaroslavl şəhəri yaxınlığında təyyarə qəzasında 43 adam həlak olub.

Yak-42 təyyarəsində Rusiyanın Lokomotiv (Yaroslavl) hokkey komandasının 37 üzvü, yəni bütün komanda və 8 təyyarə heyəti uçurdu.

45 adamdan cəmi 2-si sağ qalıb, onlar da ölümcül vəziyyətdədir.

Təyyarə Minskə - yeni hokkey mövsümünün ilk oyununa uçurdu.
Qəza təyyarə yerdən qalxanda olub.

Rosaviasia-dan Rita-Sita agentliyinə bildirilib ki, təyyarə uçuşdan qabaq texniki baxımdan tamamilə saz vəziyyətdə olub. Sonuncu texniki baxış 16 avqustda keçirilmişdi.

1993-cü ildə istehsal olunan bu təyyarə indiyə kimi 6 min saat uçuş edib.

Rusiyanın məşhur pilotu, indiyədək onlarla təyyarə modelini sınaqdan çıxarmış Rusiya Qəhrəmanı Maqomed Tolboev deyib ki, Yak-42 mənəvi cəhətdən köhnəlmiş təyyarədir. ancaq eyni zamanda çox etibarlıdır. Ona görə qəzanın səbəblərinin açıqlanmasını gözləmək lazımdır.

Təyyarədə ölənlər arasında Çexiyanın 3 oyunçusu - Marek, Vasicek, Rahunek və Slovakiya yığmasının kapitanı Demitr olub.
XS
SM
MD
LG