Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:54

Dünya xokkeyinin qara günü


Xilasedicilər təyyarədənin qalıqları arasında sağ qalanları axtarır
Xilasedicilər təyyarədənin qalıqları arasında sağ qalanları axtarır
Sentyabrın 8-i səhərdən minlərlə xokkey azarkeşi Yaroslavlda Lokomotiv arenasının qarşısında yığışıb Çərşənbə günü təyyarə qəzasında həlak olan idmançıları anıblar.

Yak 42 təyyarəsiylə Kontinental Xokkey Liqasının ilk oyunu üçün Minskıə gedən Lokomotiv komandasının 36 üzvü qəzada həlak olub. Ümumilikdə ölənlərin sayı 43-dür.


QƏZANIN SƏBƏBİ

Yak 42 təyyarəsi Tunoşna hava limanından qalxandan az sonra qəzaya uğrayıb. Qəzadan ancaq komandanın hücumçusu Aleksandr Galimov və bir heyət üzvü sağ çıxıb. Onlar da ağır vəziyyətdə xəstəxanadadırlar.

Qəzanın səbəbləri haqda hələ ki heç bir rəsmi açıqlama verilməyib. Amma İnterfax xəbər agentliyi Rosviasiyadan bir nəfərə istinadən xəbər yayıb ki, təyyarə yetərincə yüksəyə qalxa bilmədiyindən antenalardan birinə dəyib və qəzaya uğrayıb. Təyyarənin qalıqları Volqa çayına səpilib.


RUSİYADA AVİA ŞİRKƏTLƏRİN SAYI AZALDILACAQ

Rusiya prezidenti Dmitry Medvedev nəqliyyat naziri və fövqəladə hallar naziriylə birlikdə qəza yerinə gəlib. Medvedev bildirib ki, artıq tez-tez təkrarlanan bu cür qəzaların sayını azaltmaq üçün kəskin tədbirlərə ehtiyac var və ölkədəki aviasiya şirkətlərinin sayını kəskin azaltmaq lazımdır.

Medvedev deyib ki:
Hökumət çox çətin qərarlar verməyə məcbur olacaq. Çünki biz bu cür davam edə bilmərik, bu təyyarə parkıyla. İnsan həyatı hər şeydən öncə gəlir. Hətta daxili istehsalı dəstəkləməkdən də. Bu danılmazdır. Biz öz şirkətlərimizi dəstləməliyik. Amma əgər onlar inkişaf edə, dəyişə bilmirlərsə biz xaricdən təyyarələr almalıyıq”.

Prezidentin bu açıqlamalarından sonra Baş prokuror Yuri Chaika Yak 42 təyyarəsini istehsal edən xə xidmət göstərən YAK SERVİCE hadqa araşdırma aparmağa göstəriş verib.

Qəzayla bağlı sabahdan Yaroslavdla 3 günlük matəm élan edilir.

XOKKEY TARİXİNİN QARA GÜNÜ

Həlak olanlar arasında Rusiya ilə yanaşı Belarus, Çexiya, Latviya, İsvem, Slovakiya və Kanadan olan oyunçular da var.

18 il NHL-də oynayan veteran məşqçi Brad McCrimmon, Slovak xokkeyinin əfsanəsi və yığma komandanın kapitanı Pavol Demitra, Belarusun ən məhur oyunçusu Ruslan Salei, Çexiyadan Jan Marek, Karel Rachunek, and Josef Vasicek, rusiyalı məşqçilər Igor Korolev və Aleksandr Karpovtsev, İsveçlı qapıçı Stefan Liv, Latviyadan Karlis Skrastins və rusiyalı Alexander Vasyunov kimi önəmli idman ustaları da qəzada həlak olublar. .

Beynəlxalq Xokkey Federasiyasının prezidenti Rene Fasel bu günü xokkey federasiyasının ən qara günü adlandırıb. Çexiyada mərkəzi meydanda yüzlərlə adam qəzada həlak olanları anmaq üçün tədbir keçirib.

Bu qəzanın Rusiya xokkeyinə çox ciddi təsir edəcəyi düşünülür. Çünki Lokomotiv Yaroslavl 4 ölkənin komandalarının yarışdığı Kontinental Xokkey Liqasında çempionluğa real namizədlərdən idi.

KXL-in İdarə Heyətinin rəhbəri Vyacheslav Fetisov deyib ki, başqa komandalardan verilən oyunçuların hesabına yaxın 2-3 gündə Lokomotivin bərpa olunacağına ümid edirlər.

1 İLDƏ 7-İ QƏZA

Ümimilikdə bu ilin əvvəlindən Rusiyada 7 təyyarə qəzaya uğrayıb. Bu qəzalarda 121 nəfər həlak olub.

Amma bu Rusiya və SSRİ tarixində idmançıların həlak olduğu ilk aviaqəza olmayıb.

Hələ 1950-ci ildə Moskvanın Hərbi Hava Qüvvələri xokkey komandası təyyarə qəzasına uğrayanda 2 nəfərdən başqa bütün komanda üzvləri həlak olmuşdu.

1979-cu ildə Daşkəndin Paxtakor komandasını aparan təyyarə qəzaya uğrayanda 17 futbolçu həlak olmuşdu.
XS
SM
MD
LG