Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 05:06

«WikiLeaks»dəki açıqlamadan sonra MSK sədri öldü


Qaregin Azaryan
Qaregin Azaryan
Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Qaregin Azaryan sentyabrın 9-u infarktdan ölüb. Onun 50 yaşı vardı.

Bundan bir neçə gün əvvəl «WikiLeaks» saytı Ermənistanda 2008-ci il prezident seçkisinin saxtalaşdırılmasından bəhs etmişdi.

ABŞ-ın Yerevandakı ovaxtkı müvəqqəti işlər vəkili Cozef Penninqton (Joseph Pennington) Vaşinqtona məktubunda qeyd edibmiş ki, Serj Sarkisyanın seçkinin birinci turunda qələbəsi şübhə doğurur.

Rəsmi nəticələrə əsasən, Sarkisyanın əsas rəqibi olan Levon Ter-Petrosyan 21.5 faiz səs toplamışdı. Ancaq Penninqton yazır ki, əslində bu rəqəm 30-35 faiz olub. İkinci tur olsaydı, Petrosyan böyük ehtimalla Sarkisyanı məğlub edəcəkdi.

Yazışmada qeyd olunur ki, seçkinin saxtalaşdırmasının əsas təşəbbüskarı ovaxtkı prezident Robert Koçaryan və «başqa nüfuzlu antidemokratik qüvvələr» olub (onların adları çəkilmir).
XS
SM
MD
LG