Keçid linkləri

2024, 14 Dekabr, şənbə, Bakı vaxtı 04:00

Əsgərin ölüm faktı ilə bağlı cinayət işi başlanıb


Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri Eldar Novruzovun ölüm faktı üzrə Bakı Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 342.2 maddəsi (rəis və ya vəzifəli şəxsin öz xidməti borcuna səhlənkar yanaşmasının ağır nəticələrə səbəb olması) ilə cinayət işi başlanıb.

Bu barədə «Turan»a Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətindən bildirilib.

Səhhətində problem yaranmış əsgər E.Novruzov Mərkəzi Hərbi Hospitala gətirilib və orada əsgərin Türkiyənin Gülhanə Hərbi Tibbi Hospitalına göndərilməsi barədə qərar qəbul edilib.

Əsgər hava limanına aparılarkən vəfat edib.

E.Novruzovun hansı diaqnozla hospitala gətirildiyi barədə məlumat verilmir.
XS
SM
MD
LG