Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 23:57

Misir hökuməti istefaya getdi (VİDEO)


Misirdə polislə mitinqçilər arasında toqquşma olub
Gözlə

No media source currently available

0:00 0:01:32 0:00

Qahirədə - Təhrir meydanında polislə nümayişçilər arasında üç gün davam edən qarşıdurma nəticəsində 20 nəfər həlak olub. 1750 nəfər yaralanıb. Təhlükəsizlik qüvvələri onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə e

Misir hökuməti öz istefasını ölkənin Ali Hərbi Şurasına təqdim edib. Axşam saatlarında hökumətin sözçüsü bu barədə məlumat verib. O deyib ki, Şura istefanı təsdiq edənə qədər indiki tərkibdə hökumət işini davam etdirəcək.

"Aljazeera" televiziyası Misirin Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, polislə etiraz aksiyası iştirakçıları arasında toqquşmalarda 33 nəfərin həlak olub, 1500-dən çox adam da yaralanıb.

+++

Üç gündür yüzlərlə nümayişçi Qahirənin Tahrir meydanında hərbi hakimiyyətə qarşı etiraz aksiyası keçirir. Şənbə günündən polislə nümayişçilər arasında davam edən qanlı qarşıdurmalar nəticəsində 20 nəfər həlak olub, 1750 nəfər yaralanıb.
Xəbəri Misirin Səhiyyə Nazirliyi yayıb.
Təhlükəsizlik qüvvələri onlara daş atan nümayişçilərə qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə edib.
Bu, keçmiş prezident Hosni Mubarakın devrilməsindən sonra ölkədə keçirilən ən böyük etiraz aksiyasıdır. İslahatların ləngiməsinə etiraz edən nümayişçilər hesab edirlər ki, indiki hərbi rəhbərlik hakimiyyəti qoruyub saxlamağa çalışacaq.
NOYABRIN 28-DƏ MİSİRDƏ PARLAMENT SEÇKİLƏRİ KEÇİRİLƏCƏK
Avropa Birliyinin xarici siyasət idarəsinin rəhbəri Catherine Ashton Misir hakimiyyətinə müraciətində baş verənləri pisləyib, qanlı qarşıdurmaların dayandırılmasına çağırıb.
Giza şəhərində diş həkimi işləyən 24 yaşlı Sabry Khaled Tahrir meydanındakı nümayişdə iki dəfə rezin güllələrlə vurulub. O, AzadlıqRadiosuna müsahibəsində insanların hərbi hakimiyyətdən bezdiyini bildirib:
Tahrir meydanı. 20 noyabr 2011
Tahrir meydanı. 20 noyabr 2011
«Camaat Silahlı Qüvvələrin Ali Şurasının zorakılıqlarından bezib. Adamlar deyir ki, hərbi hakimiyyət Hosni Mubarakdən də pisdir. Camaat Mubarak rejiminə necə münasibət göstərirdisə, indikilərə də elə münasibət bəsləyir. Onlar hərbi hakimiyyətlə bağlı hər şeyə nifrət edirlər. Biz daima qışqırırıq - «Esqat Hukm-ul- Askar». Yəni, «rədd olsun, hərbi hakimiyyət».
HAKİMİYYƏT SEÇKİLƏRƏ HAZIRLAŞIR
23 yaşlı Ahmad Aiyad aksiyaya bazar günü qoşulub. Deyir ki, gördüklərindən dəhşətə gəlib:
«Doğurdan da dəhşət idi. Dəhşətli olan o idi ki, insanlara necə atəş açılması, öldürülməsi televiziyada göstərilirdi. Hakimiyyətdəkilər bunu etiraf etmirlər. Onlar deyirlər ki, biz heç kimi öldürməmişik. Ancaq hamı bütün bunları televizordan görür. Biz heç kimdən dəstək görmürük».
Ölkəni idarə edən hərbi rəhbərlik isə hakimiyyəti əldə saxlamaq niyyətində olmadığını bildirib. Hökumətin dövlət televiziyası ilə oxunan bəyanatında bildirilib ki, iğtişaşlar noyabrın 28-də keçiriləcək parlament seçkilərinin qarşısını ala bilməyəcək.

82 yaşlı Hosni Mubarak Misirdə xalq etirazları zamanı bu il fevralın 11-də istefa verməyə məcbur olub.
XS
SM
MD
LG