Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:32

Son 5 ildə sərhəddə 1 ton 346 kiloqram narkotik saxlanıb


Foto: Arxiv
Foto: Arxiv
Son 5 ildə Azərbaycanda narkotik qaçaqmalçılığı ilə bağlı 461 fakt aşkarlanıb. 1 ton 346 kiloqramdan çox narkotik, o cümlədən, 924 kq-dan çox həşiş, 204 kq heroin, 188 kq tiryək, 5 kq marixuana və 24 kq metamfetamin dövriyyədən çıxarılıb.

Dövlət Gömrük Komitəsinin (DGK) rəsmi açıqlamasında belə deyilir.

Bu illər ərzində müsadirə olunan heroinin xüsusi çəkisi əvvəlki 5 illə müqayisədə kəskin artaraq 204 kq-a yaxın təşkil edib.

Narkoqaçaqmalçılıq faktları üzrə son 5 ildə 531 nəfər şübhəli şəxs qismində saxlanıb. Onların 70 nəfəri qadınlar olub.

Cinayət məsuliyyətinə cəlb edilənlər əsasən Azərbaycan və İran vətəndaşlarıdırlar. Bununla yanaşı, onların arasında Rusiya, Gürcüstan, Özbəkistan, Türkiyə, Litva, Ukrayna, Nigeriya, Qana, Kamboca vətəndaşları da var.

Dövlət Gömrük Komitəsinin məlumatında deyilir ki, son illər transmilli və mütəşəkkil cinayətkar dəstələrin törətdiyi narkoqaçaqmalçılıq halları da çoxalıb:

«2009-2011-ci illərdə 30-dan çox cinayətkar dəstə zərərsizləşdirilib. Narkoqaçaqmalçılar İran-Azərbaycan-Rusiya marşrutu ilə yanaşı, ölkə ərazisindən istifadə etməklə Çin, Kanada, Tailand, Malayziya, Yunanıstan, İsveç, Danimarka, İsveçrə, İtaliyaya da narkotik ötürürlər».
XS
SM
MD
LG