Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 19:05

Bakıda iki dövlət qurumunun işçiləri dalaşdı [VIDEO]


Bakıda dövlət qurumunun işçiləri arasında dava
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00
Direct-ə keçid


Bakı şəhər İcra Hakimiyyəti ilə «Azəryolservis» ASC-nin Yolların Mühafizə Xidmətinin əməkdaşları arasında qarşıdurma yaranıb. Bu, yanvarın 17-də Füzuli meydanında – tikintisi aparılan «Qış bulvarı»nda baş verib.

Özlərini Yolların Mühafizə Xidmətinin əməkdaşları kimi təqdim edənlər AzadlıqRadiosunun hadisə yerində olan əməkdaşının çəkiliş aparmasına mane olublar. Jurnalistin kamerasını əlindən alıblar. Kamera yaddaş kartı götürüldükdən sonra geri qaytarılıb.

Nəqliyyat Nazirliyinin AzadlıqRadiosunun əməkdaşına təzyiq göstərən əməkdaşları
Nəqliyyat Nazirliyinin AzadlıqRadiosunun əməkdaşına təzyiq göstərən əməkdaşları
​Yasamal rayon 27-ci polis bölməsinə müraciətdən sonra yaddaş kartını geri almaq mümkün olub.

Nəqliyyat Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Namiq Həsənov AzadlıqRadiosuna deyib ki, qarşıdurmaya iki qurumun işçiləri arasında anlaşılmazlıq səbəb olub:

«Nəqliyyat Nazirliyinin balansında olan bütün yolların mühafizə xidməti var. Biz yolları qoruyuruq.

Hansı təşkilata məxsus olmasından asılı olmayaraq, yollara ağır yüklə, palçıqlı, çox çirkli çıxan maşınlara qarşı tədbir görülür. Bu da görülən tədbirlərdən biri olub.

Həmin ərazidə iş gedir, böyük maşınlarla yük daşınır. Yük daşınanda da yol bərbad hala salınmasın deyə, orada söhbət olub. Sadəcə, işçilər arasında subyektiv anlaşılmazlıq olub. Bu, iki qurumun qarşı-qarşıya qoyulması yox, sadəcə 1-2 nəfərin subyektiv yanaşmasından irəli gələn bir məsələdir».

​Namiq Həsənov bildirib ki, nazirlik həm hadisəni, həm də orada jurnalistə qarşı baş verənləri araşdırır.

Hələlik Bakı şəhər İcra Hakimiyyətinin bu hadisə barədə fikrini öyrənmək mümkün olmayıb.
XS
SM
MD
LG