Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:35

ABŞ İsraili qorumaq üçün nə lazımdırsa edəcək


Leon Panetta lobbi qrupu qarşısında çıxış edir, 06 Mart 2012
Leon Panetta lobbi qrupu qarşısında çıxış edir, 06 Mart 2012
ABŞ İsrailin başqa ölkə və ya ölkələr üzərində hərbi üstünlüyünün qorunması üçün nə lazımdırsa edəcək. ABŞ-ın Müdafiə Naziri Leon Panetta Vaşinqtonda güclü lobbi qrupu olan Amerika İsrail İctimai İşlər Komitəsində martın 6-da çıxışında belə deyib.

Nazirin sözlərinə görə, bu vədə İsrailə ancaq yaxın müttəfiqlərlə paylaşılan silahların verilməsindən tutmuş, birbaşa hərbi yardımlar da aiddir.

Panetta deyib ki, heç kəsin şübhəsi olmasın ki, İrandan gələn nüvə təhlükəsi ilə bağlı bütün digər yollar tükənərsə, ABŞ dərhal hərəkət edəcək.

Panettanın çıxışı İsrailin prezidenti Benjamin Netanyahu ilə görüşdən sonraya təsadüf edib.

Martın 6-da Foreign Policy yazırdı ki, ABŞ prezidenti Barack Obama və İsrail prezidenti Benjamin Netanyahu bazar ertəsi İranla bağlı müzakirələrdə fikir ayrılığında qalıblar.

Netanyahu deyib ki, İsrail İrana zərbə vurmaqla bağlı qərar verməyib. Acaq Netanyahu Tehranı nüvə proqramından çəkindirmək üçün beynəlxalq sanksiyalar və təcrid edilməsinin də işə yaracağı il bağlı pessimis danışıb. İsrail həmçinin uranın zənginləşdirilməsi dayandırılana qədər ABŞ-ın İranla danışıqlara başlamasına da qarşıdır.

Obama isə sanksiyaların artıq təsirini göstərdiyini və Tehranı yaxın vaxtlarda danışıqlara vadar edəcəyini düşünür.

ABŞ və İsrail prezidentləri öz mövqelərində qalsalar da, bir məsələdə - İranla mümkün müharibə haqda çıxışları azaltmaq məsələsində razılaşıblar. Obama iddia edir ki, müharibə ritorikası neftin qiymətini artırmaqla İrana tətbiq edilən sanksiyaların təsirini azaldır.
XS
SM
MD
LG