Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:49

Xatirə Nurgül. İlk vida


Məni üzümə dağılan saçlarımla xatırla
titrəyən əllərimlə unut, Səmra
heç bu qədər zəif olmadım, heç…

bilirsən gecədən qorxduğumu…
sənə, əslində özümə oxuduğum
nağıllardan bilirsən
Amma indi
həmin nağıllardakından
daha zəifəm Səmra,
daha acizəm,
daha tənhayam…

ölməyə elə həvəsliyəm ki
qəsdimə duran adamları,
həyatı,
hətta dünyanı da sevməyə hazıram…
hətta şeir də yazıram…
Azalıram Səmra,
ölümə doğru azalıram…

Üzümə dağılan saçlarımla xatırla məni…
ya da…
ya da necə istəsən…
təki unutma məni, Səmra…
ya da…
ya da unut məni, titrəyən əllərimlə unut
ya da… necə istəsən…
XS
SM
MD
LG