Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 00:50

Suriya müxalifəti legitim təmsilçi kimi tanındı


Türkiyədə məskunlaşan suriyalı qaçqınlar ayaqqabılarını çıxarıb Bashar Assad rejiminə etirazlarını bildirirlər. 15 mart 2012
Türkiyədə məskunlaşan suriyalı qaçqınlar ayaqqabılarını çıxarıb Bashar Assad rejiminə etirazlarını bildirirlər. 15 mart 2012
-

“Suriyanın dostları” qrupuna daxil olan ölkə və təşkilatlar İstanbul konfransında müxalifətin yaratdığı milli şuranı Suriya xalqının legitim təmsilçisi kimi tanıyıb.

“Suriyanın dostları” qrupuna ABŞ, Avropa Birliyi və ərəb Liqasına daxil olan ölkələr qoşulub.

60 dövlətin təmsilçisinin qatıldı konfransda Suriya prezidenti Bashar Assadı BMT-nin xüsusi elçisi Kofi Annanın təklif etdiyi sülh planının yerinə yetiriləməsinin vaxtını müəyyən etməyə çağırılıb və xüsusi qətnamə qəbul olunub.

Konfrans iştirakçıları həmçinin Suriya ordusunu xalqa atəş açmamağa, prezidentin bu cür əmrlərinə tabe olmamağa çağırıblar.

Müxalifətin yaratdığı milli Şura Bashar Assad rejiminə qarşı mübarizə aparan döyüşçülərə maaş veriləcəyini bildirib.

Səudiyyə Ərəbistanı və bir neçə Fars körfəzi ölkələri bu məqsədlə xüsusi fond yaradılacağını bəyan ediblər.

***

İstanbulda «Suriyanın dostları» adı altında beynəlxalq konfrans keçirilir.

Toplantıda ABŞ Dövlət katibi Hillary Clinton da daxil olmaqla 60 ölkənin nümayəndələri iştirak edir.

Əsas müzakirə mövzusu BMT-nin xüsusi elçisi Kofi Annanın təklif etdiyi sülh planıdır.

Tədbirdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da iştirak edir. Onu türkiyəli həmkarı Əhməd Davudoğlu dəvət edib.

Suriya rəhbərliyi bu günlərdə planı qəbul etdiyini bəyan etsə də ölkədə hərbi əməliyyatlar davam etdirilir.

Suriya müxalifətinin yaratdığı milli şuranın rəhbəri Burhan Galioun konfrans ərəfəsində Suriya rejiminin çox uzağa getməyəcəyini deyib.

O həmçinin hakimiyyətin sülh planını yerinə yetirəcəyini şübhə altında qoyur.

Rəsmi Dəməşq isə bundan əvvəl müxalifətin məğlub edildiyini bəyan edib.

Suriya Xarici İşlər Nazirliyinin sözçüsü Jihad Makdessi bildirib ki, normal həyat tərzi bərpa edilməyincə ordu şəhərlərdən çıxarılmayacaq.

Rusiya ilə Çin konfransda iştirak etmirlər.

Suriya müxalifəti martın 31-də ölkədə azı 25 adamın öldürüldüyünü deyir.

1 ildən çoxdur ki, Suriyada prezident Bashar Assadın istefası tələbilə kütləvi etirazlar keçirilir.

BMT bu müddət ərzində 9 mindən çox adamın öldürüldüyünü deyir.
XS
SM
MD
LG