Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 08:04

İctimai Palata razılaşdırılmış aksiya keçirəcək


Foto: Arxiv
Foto: Arxiv
Bir sıra müxalifət partiyalarının birləşdiyi İctimai Palata aprelin 8-də Bakı şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinq keçirəcək.

Bunu AzadlıqRadiosuna İctimai Palatanın üzvü Gülağa Aslanlı bildirib.

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın 8 aprel mitinqinə icazə verib. Amma mitinqin yeri kimi «20-ci sahə»dəki sürücülük məktəbinin həyəti təklif olunub.

İctimai Palara isə Bakıda «Nərimanov» və ya «Təbriz» kinoteatrlarının qarşısını istəmişdi.

İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin məktubunu dəyərləndirərək mitinqin «20-ci sahə»də keçirilməsinə qərar verib.
XS
SM
MD
LG