Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:44

Aborta görə kilsədə soyundular


Feminist qızlar aborta qadağaya STOP deyirlər
Feminist qızlar aborta qadağaya STOP deyirlər

Ukraynalı feministlər Kiyevdəki kilsəyə soxularaq qapını bağlayıblar, orada soyunmaqla etiraz ediblər

Ukraynalı feminist qızlar bu dəfə kilsədə soyunublar. Femen qrupunun üzvləri dini liderlərin də dəstəklədiyi qanun layihəsinə – abortların qadağan edilməsi haqda sənədə qarşı çıxıblar.

Femen-in ən aktiv 5 üzvü səhər saatlarında Kiyevdəki Müqəddəs Sofiya kilsəsinin qülləsinə dırmaşıblar və orada içəridən qapını bağlayıblar. Onlar üst geyimini çıxarıblar, üzərində STOP sözü yazılmış 7 metr uzunluğunda olan plakatı kilsə qülləsindən asıblar.

Çılpaq qızlar fasiləsiz olaraq kilsə zəngləri çalıblar ki, bu da şəhərdə çox səs-küy yaradıb. Feministlər abortların qadağası haqqında qanun layihəsini “kilsə və dövlət arasında cinayət əməkdaşlığı” adlandırıblar.

Martın 12-də Ukrayna Radasında abortların tam qadağasını nəzərdə tutan qanun layihəsi qeydiyyata alınıb. Mövcud qanunvericiliyə görə, hazırda Ukraynada 12 həftəliyə kimi hamiləliklərin yarımçıq saxlanmasına icazə var. Tibbi göstəriş olan hallarda həkimlər 22 həftəyə qədər hamilə olan qadını da abort edirlər.

Lakin təklif olunan qanun layihəsi isə bütün növ abortları (səhhətlə bağlı problem yaradan hamiləliklər istisna olmaqla) qadağan edir.

Femen – qadın hüquqlarının pozuntusuna aid hallara çılpaq şəkildə etiraz etməklə tanınır. İndiyə kimi qrup üzvləri Avropanın müxtəlif ölkələrində fahişəlik və insan alverinə qarşı çılpaq aksiyalar keçiriblər.
XS
SM
MD
LG