Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 21:47

«Eurovision 2012» ilə bağlı 5 investisiya layihəsi maliyyələşib


«Eurovision 2012» mahnı müsabiqəsi ilə bağlı 5 investisiya layihəsi maliyyələşib.

Azərbaycan İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Bakıda keçiriləcək «Eurovision-2012» mahnı müsabiqəsi ilə əlaqədar elan etdiyi investisiya layihələrinin artıq 5-ni maliyyələşdirib.

Bunu APA-a açıqlamasında SKMF-in icraçı direktoru Şirzad Abdullayev bildirib.

Onun sözlərinə görə, 5 layihənin maliyyələşdirilməsi üçün 123 mln. manat vəsaitin ayrılması təmin olunub.

Ş.Abdullayev qeyd edib ki, yaxın günlərdə SKMF-ə daha bir neçə layihənin təqdim olunması gözlənilir: «Bu layihələrin də maliyyələşdirilməsi qısa zamanda təmin ediləcək».

SKMF son dövrlər Azərbaycanda çoxsaylı beynəlxalq tədbirlərin, idman yarışlarının, musiqi festivallarının keçirildiyini, Azərbaycana gələn turistlərin ildən-ilə artdığını, eləcə də «Eurovision-2012» mahnı müsabiqəsinin Bakıda keçiriləcəyini nəzərə alaraq, Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının (tikiş, toxuma, heykəltəraşlıq, oyma sənəti nümunələri, aksesuarlar və s.) istehsalı üzrə investisiya layihələrinin maliyyələşdirilməsinə dair təkliflərin qəbulunu elan edib. İnvestisiya layihəsi çərçivəsində görüləcək işlərə dair tövsiyələrə Azərbaycanın milli, mənəvi və mədəni dəyərlərini özündə əks etdirən suvenir və xatirə əşyalarının istehsalının, qablaşdırılmasının və satışının təşkil olunması, investisiya layihəsi çərçivəsində suvenirlərin istehsalında yüksək dizayn xidmətlərinin təşkili daxildir. Sahibkarların istəyinə əsasən, investisiya layihələrinin dəyərinin 100%-dək hissəsi dövlətin güzəştli kreditləri hesabına maliyyələşdirilə bilər.
XS
SM
MD
LG