Keçid linkləri

2024, 13 Dekabr, Cümə, Bakı vaxtı 16:03

Evini kirayə verənlər «Eurovision»u səbirsizliklə gözləyir


Turistlər təkcə otellərdə yox, gündəlik kirayə evlərdə də qalır
Turistlər təkcə otellərdə yox, gündəlik kirayə evlərdə də qalır
Bakıda turistlərin ən çox baş çəkdiyi tarixi abidələrdən biri Qız Qalasıdır. Abidənin yaxınlığındakı informasiya məntəqəsinin qarşısında qələbəlikdir. Məntəqənin əməkdaşı Sevinc Mirkişiyeva deyir ki, aprelin sonlarından Bakıya gələn turistlərin sayı artıb:

«Aprelin sonlarından gələnlərin sayı çoxalıb. Yəqin ki, mayın ortalarından daha böyük artım olacaq».

OTELDƏ QİYMƏT BAHADIR

İki gündür həyat yoldaşı ilə Rusiyadan Bakıya gəlmiş Mixail Alekseyev deyir ki, o, Bakıda özünə münasib qiymətə oteli elə də asan tapmayıb. Mixail deyir ki, o, hələ Moskvada olanda burdakı otellərlə maraqlanıb, ancaq çoxunun dolu olduğunu görüb:

«İçərişəhərdə elə də böyük olmayan ailəvi oteldə yerləşmişik. Şəraiti pis deyil, kondisioneri var, sanuzel-filan, hər şey yaxşıdır. Qiyməti bir gün üçün 50 dollardır. Məncə, bu, çox yaxşı qiymətdir. İndi Bakıdakı otellərdə nömrə bronlaşdırmaq çətindir. «Eurovision»la bağlı otellərin çoxu artıq rezerv olunub. Ona görə də tapdığımız yerin qiyməti bizim üçün münasibdir».

Ancaq turistlər təkcə otellərdə yox, gündəlik kirayə evlərdə də qalır. Sloveniyadan olan Yanik Bıçkov deyir ki, burdakı otel qiymətləri ona baha göründüyü üçün evdə qalmağa üstünlük verib:

«Bakıya iki gündür gəlmişəm. Burada təxminən iki həftə qalacağam. Gəlməmişdən əvvəl Bakıdakı otelləri araşdırdım, qiymətlər mənə baha gəldi. Ona görə də qərara aldım ki, evdə qalam. Pis deyil, şəraiti normaldır, qiyməti də 65 dollardır».

EVDƏ ŞƏRAİT YAXŞIDIR

Bakı
Bakı
Təbrizdən olan Arif Hüseyni isə bir həftədən çoxdur ailəsi ilə birlikdə Bakıda şəhərin mərkəzində kirayə evdə qalır:

«Bizim qaldığımız evin bir günü 60 manatdır. İrana baxanda bahadır. İranda bu qiymətə otel olur. Ancaq ev rahatlığı başqadır. Otel otaqları kiçik olur. Adam tərpənəndə o birisinə dəyir. Evdə isə rahatlıqdır, şəraiti yaxşıdır. Ona görə də evdə qalırıq».

Bu günlər ev elanları yerləşdirən qəzetlərdə belə elanlarla rastlaşmaq olur: «Eurovision ərəfəsindəki qonaqlarımız üçün...».

Daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyir ki, son iki həftə ərzində Bakıda orta və bahalı mənzillərdə kirayə evlərin qiyməti artıb. Bu, şəhərin mərkəzindəki birinci, qismən də ikinci zonaya aiddir. Nüsrət İbrahimov deyir ki, yerli əhaliyə hesablanmış kirayə evlərin qiymətində isə artım yoxdur:

800 MANATLIQ EV 1000 MANAT OLUB

«Son iki həftədə müraciət edən xarici vətəndaşların sayı çoxalıb. Son bir həftədə 800 manata verilən kirayə evlərin qiyməti artıb 1000 manat olub. Gündəlik 30-35 manata verilən kirayə ev isə 45-50 manat olub. Ev sahibləri «Eurovision» fonunda potensial müştəriləri gözləyirlər. Ona görə də qiyməti qaldırıblar».

İndi Bakıdakı otellərdə nömrə bronlaşdırmaq çətindir.
İndi Bakıdakı otellərdə nömrə bronlaşdırmaq çətindir.
Ev alqı-satqısı ilə məşğul olan Fəridə Əliyeva isə deyir ki, indinin özündə də gündəlik kirayə evlərin qiymətində artım var. İndiki qiymətlər 50-100 manat arasında olsa da, bir neçə gündən sonra qiymətlərdə daha çox artım gözlənilir:

QİYMƏT YENƏ QALXACAQ

«Ev sahibləri «Eurovision»u gözləyirlər ki, pul qazansınlar. Həmin mənzillər yüksək səviyyədə olacaq. Ancaq qiymətlər indiki qiymətlərdən artıq olacaq. Ən azı 150-200 manatdan başlayacaq. Bu evlər 2-3-4 otaqlı, təmirli və hər şəraiti olan evlərdir. Qiymətlər sırf o vaxtlar artacaq. «Eurovision» ərəfəsində müraciət edən müştəriləri ayın ortasından gözləyəcəyik. İndiki qiymətlərlə həmin vaxtkı qiymətlər arasında 2-3 dəfə artım olacaq».

Ev alqı-satqısı ilə məşğul olanlar deyir ki, «Eurovision» ərəfəsində çox adam evini
daha baha kirayə vermək həvəsinə düşüb. Elə Bakı sakini Əmirağa Paşayev deyir ki, indiyə qədər evini gündəlik 40 manata kirayə verib. İndi isə qiyməti qaldırıb:

«Həmişə 40 manata verirdim. İndi 50 manata versəm, yaxşı olar».
XS
SM
MD
LG