Keçid linkləri

2024, 15 Dekabr, bazar, Bakı vaxtı 09:29

ABŞ Konqresindən Xədicə İsmayılovanın işi ilə bağlı Prezident İlham Əliyevə məktub göndərilib


Howard L. Berman
Howard L. Berman
-


ABŞ-da Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində demorkatların rəhbəri Howard L. Berman Azərbaycanda jurnalistlərə qarşı zorakılıqlar və təhdidlərdən narahat olduğunu bildirir.

Howard L. Berman bununla bağlı mayın 3-də Azərbaycan prezidenti İlham Əliyevə məktub göndərib: “Mən Azərbaycanda jurnalistlərə qarşı təhdidlər və zorakılıq mühitindən narahatlıq ifadə edərək yazıram. Son aylar baş vermiş hadisələr Sizin ölkənizdə adamlar öz fikirlərini azad ifadə edə bilmələrinə dair şübhələr yaradıb.

Aprelin 18-də jurnalist İdrak Abbasov Dövlət Neft Şirkətinin işçiləri tərəfindən döyülüb.

Bundan bir ay əvvəl isə AzadlıqRadiosunun əməkdaşı Xədicə İsmayılova araşdırmalarına görə təhdidlər və təzyiqlərlə üzləşib. Ona təhdidedici şəkillər göndərib, fəaliyyətini dayandırmasa onları yayacaqları ilə hədələyiblər. Bir həftədən sonra isə onun haqqında namünasib video internetdə yayılıb.

Əlavə olaraq hökumətin nəzarətində olan iki qəzet – Yeni Azərbaycan“ və “İki Sahil” qəzetləri Xədicə İsmayılovanı gözdən salan məqalələr yazıb.

Mən əminəm ki, bu hərəkətlər Xədicə İsmayılovanı susdurmağa yönəlib və onu işindən çəkindirməyə çalışırlar. Bu cür təhdidlərə baxmayaraq, o, özünün fikri ifadə etmək azadlığından istifadə etməkdən əl çəkmir.

Martın 15-də Sizin ofisiniz Xədicə İsmayılovanın şəxsi həyatına toxunan bu cür halları pisləyən bəyanat yayıb. Mən Sizin hökumətinizi bu hadisəni araşdırıb cavabdehlərin məsuliyyətə cəlb olunmasını təmin etməyə, həmçinin jurnalisti gələcək təhdidlərdən qorumağa çağırıram.”

Azərbaycanda Prezident Administrasiyasının rəsmiləri bir neçə dəfə bəyan ediblər ki, Xədicə İsmayılovanın şəxsi həyat toxunulmazlığı hüququna zidd olan hərəkətləri pisləyirlər. Bu hadisə ilə bağlı Bakı şəhər Prokurorluğu cinayət işi açıb, istintaq aparır.
Amma Xədicə İsmayılova və vəkili Adil İsmayılov istintaqın gedişindən və hadisənin şantaj maddəsi ilə deyil şəxsi həyat toxunulmazlığı maddəsi ilə açılmasından narazıdırlar.
XS
SM
MD
LG