Keçid linkləri

2024, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 20:36

«Eurovision», bizə də qonaq gəl!.. [Video]


«Eurovision», bizə də qonaq gəl!..
Gözlə

No media source currently available

0:00 0:23:36 0:00
Direct-ə keçid

«Eurovision», bizə də qonaq gəl!..

AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı və «Eurovision 2012» mahnı müsabiqəsinə dəstək verən Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli müsabiqə öncəsi yayılan müraciətlərə münasibət bildirirlər.

«Azərbaycan hakimiyyəti biabırçılığı gizlətməyi yaxşı bacarır». Bunu AzadlıqRadiosunun «İşdən sonra» proqramında AXCP Gənclər Komitəsinin sədri Əbülfəz Qurbanlı «Eurovision 2012» mahnı müsabiqəsi öncəsi yayılan müraciətlərə münasibət bildirərkən deyib. Ə. Qurbanlı iddia edir ki, şəhərdəki taksilərə tapşırıq verilib ki, şəhərə gələn turistləri paytaxt ətrafındakı bərbad ərazilərə aparmasınlar. O, bununla bağlı yaydıqları müraciətdə paytaxta gələcək əcnəbi vətəndaşlardan şəhərin kənarına çıxmağı xahiş etdiklərini bildirir.

«Biz «Eurovision» müsabiqəsi ilə bağlı müxtəlif tədbirlər hazırlamışıq. Bunlar xüsusilə siyasi məhbuslarla və ifadə azadlığı ilə bağlıdır. Amma bizim üçün maraqlıdır ki, paytaxtın hansı durumda olduğunu əcnəbi jurnalistlər görsünlər. Azərbaycan hökuməti həm beynəlxalq, həm də yerli ictimaiyyət qarşısında «analoqu olmayan» inkişaf təbliğatı aparır. Lakin paytaxtın əksər rayonlarında mərkəzlə müqayisədə yollar bərbaddır, əhalinin necə çətinliklə yaşadıqları aydın görünür. Biz bu problemlərin işıqlandırılmasını istəyirik».

Ə. Qurbanlı deyir ki, yalnız Bakının mərkəzində yerə metlax döşəməklə, fontanlar qurmaqla insanları aldatmaq olmaz.

Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərli deyir ki, taksilərə bu tip göstərişlərin verilməsi yalan məlumatdır və bunun həyata keçirilməsi mümkün deyil. A.Əsgərli paytaxtın ancaq mərkəzinin abadlaşdırılması ilə bağlı deyilənlərlə razılaşmır.

«Bakının təkcə mərkəzi deyil, digər rayonlarında da biz müxtəlif mərkəzlərin, abadlaşdırılmış yerlərin açılışının şahidi olduq. Məsələn Nərimanov, Nizami və Yasamal kimi rayonlarda belə yerlər açılmışdır. Təbii ki, xarici qonaqlar da bu rayonları istədiyi kimi gəzə bilər. Hansısa jurnalisti ya media təmsilçisini tutaq ki, Nəsimi və Səbayel kimi mərkəzi rayonlarda məcburi şəkildə necə gəzdirmək olar?»

Ə.Qurbanlı isə iddia edir ki, hakimiyyət bütün yollardan istifadə edərək çalışacaq ki, hal-hazırda xarici medianın diqqət mərkəzində olan korrupsiya hallarının təzahürlərini gizlətsin.

A. Əsgərli isə deyir ki, xırda məsələlər qabardılaraq bu müsabiqədə ölkənin təbliği üçün əldə olunmuş imkanlar kiçildilir.

Müzakirəni tam olaraq buradan dinləyin:


XS
SM
MD
LG